Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:26

Bağdadda iki ‘kamikadze’ dron vurulub


Bağdad, 1 yanvar, 2022-ci il
Bağdad, 1 yanvar, 2022-ci il

“AP”yə danışan koalisiya rəsmisi “kamikadze dronları”nın vurulduğunu deyib

Bağdad beynəlxalq aeroportunda Amerika qüvvələrinin yerləşdiyi hərbi obyektə yaxınlaşan iki silahlı dron vurulub. Məlumatı təhlükəsizlik mənbələri yanvarın 3-də yayıblar. Bu insident İranın aparıcı generalının ABŞ-ın dron zərbəsində öldürülməsinin ikinci ildönümündə baş verib.

İslam Dövləti (İD) ekstremist qrupu ilə mübaizə aparan ABŞ koalisiyasının istifadə etdiyi binada yerləşən antiraket sistemi “iki dronu qeydə alaraq onları insidentsiz vurub”, koalisiyadakı mənbə “AFP”yə deyib.

“AP”yə danışan koalisiya rəsmisi isə “kamikadze dronları”nın vurulduğunu deyib, insidenti “mülki aeroporta təhlükəli hücum” kimi təsvir edib.

2 il öncə

İraq təhlükəsizlik rəsmilərinin təsdiqlədiyi insident zamanı xəsarət alanlar, yaxud maddi ziyan barədə məlumat yoxdur.

İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinin başçısı Qasım Süleymani və onun iraqlı leytenantı Əbu Həmid əl-Mühəndis 2020-ci il yanvarın 3-də Bağdad aeroportu yaxınlığında dron zərbəsində öldürülüblər.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən hava zərbəsi Birləşmiş Ştatların İraqdakı maraqlarına bir neçə hücuma cavab idi.

Süleymani İranın Yaxın Şərqdə hərbi strategiyasının əsas memarı sayılırdı. Onun öldürülməsi İranla Birləşmiş Ştatlar arasında gərginliyi qızışdırıb.

Onun ölümündən beş gün sonra İran İraqda ABŞ qüvvələrinin yerləşdiyi hava bazasına və Ərbil şəhəri yaxınlığında başqa bir bazaya raketlər atdı.

Haker hücumu, nümayişlər

Dünən – yanvarın 2-də isə İsrailin böyük bir qəzetinin vebsaytı haker hücumuna məruz qalıb. “Jerusalem Post”un vebsaytında Süleymani ilə əlaqələndirilən üzüyün taxıldığı yumruqdan buraxılan raket təsviri yerləşdirilib.

İngilisdilli qəzet haker hücumunun baş verdiyini Twitter-də təsdiqləyib: “Vebsaytımıza açıq haker hücumundan, eləcə də İsrailə birbaşa təhdiddən xəbərdarıq”.

Haker hücumuna görə məsuliyyəti götürən olmayıb.

Bir gün öncə yüzlərlə nümayişçi Bağdadda Süleymaninun öldürülməsinin bir illiyini anmağa çıxıb.

İranın Xarici İşlər Nazirliyi dekabrın 31-də Twitter-də yazıb ki, “terror hücumu” olan qətlə görə “ABŞ hökuməti beynəlxalq məsuliyyət daşıyır”.

XS
SM
MD
LG