Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:38

Yerevanla Ankara danışıqları ilkin şərtsiz davam etdirməyə razılaşıblar


Ruben Rubinyan və Sərdar Kılıc
Ruben Rubinyan və Sərdar Kılıc

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi elçilərin Moskva danışıqları başa çatıb. AzadlıqRadiosu-nun Ermənistan xidməti bu haqda Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, konstruktiv atmosferdə keçmiş ilk görüşdə xüsusi elçilər ikitərəfli dialoq vasitəsilə normallaşdırma prosesi haqda ilkin fikir mübadiləsi aparıblar. Tərəflər münasibətlərin tam normallaşdırmasına yönəlik danışıqları ilkin şərtsiz davam etdirməyə razılaşıblar.

İkinci görüşün yeri və tarixi diplomatik kanallarla müəyyənləşdiriləcək.

Danışıqların 4 saat çəkdiyi xəbər verilir.

***

Türkiyə və Ermənistanın nümayəndə heyətlərinin artıq Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində olduğu xəbər verilir.

***

Yanvarın 14-də Moskvada Ermənistanla Türkiyənin münasibətlərinin normallaşdırılması üzrə danışıqlar başlamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyi bu danışıqlar nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını, iki ölkə arasında sərhədlərin açılacağını gözləyir.

Ötən il hər iki ölkə münasibətləri normallaşdırmaq üzrə xüsusi elçilər təyin ediblər. Tərəflər uzun illik ədavətdən sonra əlaqələri bərpa etməyə salışırlar. Danışıqların ilk raundu Moskvada keçirilir.

“Fikrimizcə, Türkiyə hökuməti də ilkin şərtlərsiz dialoqa başlamaq yanaşmasını paylaşır”, – Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan görüş öncəsi deyib.

“Proses başlayır”

Hunanyan qeyd edib ki, Rusiya görüşün ev sahibi kimi çıxış edəcək və danışıqların ilk raundu tədqiq xarakterli olacaq.

“Bir görüş nəticəsində real nəticələr əldə etməyin mümkünlüyünü gözləmək çətindir, amma proses başlayır”, – o deyib.

Yerevanla Ankara dekabrda danışıqlar üzrə xüsusi elçilər təyin edəcəklərini açıqladılar. Türkiyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Sərdar Kılıc Ankaranı, Ermənistan Milli Assambleyasının Vitse-spikeri Ruben Rabinyan Yerevanı təmsil edəcək.

Ermənistan artıq Türkiyə məhsullarının idxalına qadağanı götürüb. Türkiyə isə Ermənistana çarter reysləri elan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra danışıqların məqsədi gərginliyi azaltmaq, diplomatiyaya təkan verməkdir.

“Qafqazda yeni mərhələyə qədəm qoymuşuq”

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Ermənistanla Türkiyənin münasibətləri 1915-ci ildə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi ilə əlaqədar tarixən mürəkkəb olub.

Qarabağ münaqişəsindən dolayı Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb.

Qarabağ: 2022-ci ildən hansı gözləntilər var?
Gözlə

No media source currently available

0:00 0:19:58 0:00

“Azərbaycan işğal olunmuş ərazisini azad etdiyindən Qafqazda yeni mərhələyə qədəm qoymuşuq”, – Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan yanvarın 13-də Ankarada Aİ səfirləri ilə görüşündə deyib.

“Biz Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə başlamışıq. Ermənistanın bu fürsətdən istifadə etməsi, nəticələr verəcək addımlar atmaqdan ötrü Azərbaycanla müsbət əlaqələr qurması vacibdir”, – o deyib.

XS
SM
MD
LG