Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:57

ABŞ Ukraynanın rusiyayönlü deputatlarına sanksiyalar elan etdi


Kollaj: Medvedçuk, onun arvadı Oksana Marçenko və Putin
Kollaj: Medvedçuk, onun arvadı Oksana Marçenko və Putin

Sanksiyalar adı çəkilən şəxslərin maliyyə fəaliyyətlərinin bloklanmasını, habelə onların ABŞ-dakı əmlakının həbsini nəzərdə tutur

ABŞ-ın Ədliyyə Nazirliyi “Ukraynanı sabitsizləşdirmək məqəsdilə Rusiya hökuməti tərəfindən nəzarət olunan fəaliyyətlə məşğul olduqlarına görə” Ukraynanın dörd vətəndaşına qarşı sanksiyalar elan edib.

Sanksiyalar Ukrayna parlamenti – Verxovna Radanın fəaliyyətdə olan və “Həyat naminə - müxalifət platformasını” təmsil edən deputatları (Rusiya prezidentinin xaç qohumu və rusiyayönlü deputat Viktor Medvedçukun silahdaşı) Taras Kozakı və Oleq Voloşini, habelə Regionlar Partiyasından keçmiş deputatlar Vladimir Oleyniki və Vladimir Sivkoviçi hədəfləyir.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiya özünün kəşfiyyat xidmətlərinə Ukraynada hakimiyyəti və ölkənin kritik infrastrukturuna nəzarəti ələ keçirmələri məqsədilə hazırkı və keçmiş Ukrayna hökumət məmurlarının ələ alınmasını tapşırılıb.

Sanksiyalar adı çəkilən şəxslərin maliyyə fəaliyyətlərinin bloklanmasını, habelə onların ABŞ-dakı əmlakının həbsini nəzərdə tutur.

Bununla yanaşı bu adamların birbaşa və dolayısı ilə 50 faiz və ondan daha çox nisbətdə paya malik olduqları təşkilatların fəaliyyəti bloklanır.

Ekspert:"Vəziyyət elə qeyri-müəyyəndir ki, İlham Əliyev..."
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Rusiyayönlü media holdinqi

Taras Kozakın malik olduğu Novini media holdinqi 112 Ukraina, ZiK və NewsOne telekanallarının sahibidir.

Ötən ilin fevralında prezident Volodimir Zelenski onları “təcavüzkar ölkə” tərəfindən maliyyələşdirilən təbliğatda ittiham edib.

Kiyev 2021-ci ilin dekabrında holdinqə qarşı sanksiyalar irəli sürüb.

2021-ci ilin mayında Taras Kozak və Viktor Medvedçuk dövlətə xəyanətdə və Krım ərazisində milli resursların talanına qəsddə şübhəli biliniblər.

Vladimir Sivkoviçi 2013-cü ilin noyabrında müxalifətin çadır şəhərciyini dağıtmaqda və bununla da 150 nəfərin ölümünə bais olmaqda şübhəli bilirlər.

Konqresmenlər Rusiyaya qarşı

Bu arada ABŞ konqresmenləri 35 rusiyalıya, o cümlədən milyarderlərə və onların yaxın qohumlarına sanksiyalar qoyulmasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, sanksiya siyahısındakı adlar Aleksey Navalnının komandası tərəfindən tərtib olunmuş və The Washington Post qəzetində dərc edilmiş siyahı ilə eyniyyət təşkil edir.

“Putinin məsuliyyəti haqqında Qanun” adlanan qanunvericilik layihəsi “Respublikaçı Təhqiqat Komitəsinin” 150 mühafizəkar millət vəkili tərəfindən hazırlanıb.

Layihənin rəsmi müəllifi konresmen Cim Benksdir. Sənəd artıq onun 30 həmkarı tərəfindən dəstəklənib.

35 nəfər

Bu sənəd ABŞ prezidentinə sanksiya siyahısındakı şəxslərin əmlakını həbs etdirmək və onların Birləşmiş Ştatlarta daxil olmasını qadağan etmək imkanı verir.

Sənəddə Rusiyanın terrorun sponsoru, onun dəstəklədiyi Donbas separatçılarının isə terrorçu kimi tanınması tələb edilir.

Qanun layihəsi amerikalıların Rusiyanın dövlət borcları ilə işləməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Layihədə bu milyarderlərə qarşı sanksiyaların qoyulması təklif edilir: Alişer Usmanov, Gennadi TimçenkoOleq Deripaska, Rosneftin rəhbəri İqor Seçin, Transneftin başçısı Nikolay Tokarev, Gazprom şirkətinin prezidenti Aleksey Miller, VTB bankının rəhbəri Andrey Kostin; Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin və Sankt Peterburqun qubernatorları Andrey VorobyovAleksandr Beqlov, FTX-nin rəisi Aleksandr Bortnikov və onun oğlu Denis, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, Putin administrasiyasının keçmiş rəhbəri İqor Şuvalov, keçmiş baş nazir Sergey Kiriyenko da daxil prezident administrasiyasının rəhbərləri, Rusiya hökumətinin başçısı Mixail Mişustin – ümumilikdə 35 nəfər.

Siyahıda Marqarita Simonyan və Ernst də var

Siyahıya habelə Rusiyanın RT dövlət telekanalının başçısı Marqarita Simonyanın, 1-ci kanalın prezidenti Konstantin Ernstin, Putinin mətbuat katibi Dmitri Peskovun və MSK-nın sədri Ella Pamfilovanın adları daxil edilib.

Bundan başqa konqresmenlər ABŞ prezidentinin komandasının qanun qüvvəyə mindikdən sonra keçən 6 ay müddətində Vladimir Putinin, onun ailəsinin, adı Putinlə çəkilən gimnast Alina Kabayevanın şəxsi sərvət və gəlir mənbələri barədə məlumatları dərc etməsini istəyirlər.

Bu da xəbər verilir ki, Benksin qanun layihəsindən başqa Konqresə Rusiyaya, onun biznesmen və məmurlarına qarşı sanksiyalar istəyən bir neçə başqa təkliflər də daxil olub.

Bu həftə şəxsən Vladimir Putinə sanksiyaların qoyulması təklif olunub.

XS
SM
MD
LG