Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:04

İranda 1988-c il edamlarında Rəisinin rolunun araşdırılmasına çağırış edilib


Ebrahim Rəisi
Ebrahim Rəisi

Rəisi 2021-ci ilin iyununda keçirilən mətbuat konfransında edamlarda rolunun olmasını inkar etməmişdi

BMT-nin tanınmış hakimləri və müstəntiqləri təşkilatın insan haqları üzrə rəhbəri Mişel Baçeletə müraciət edərək onu İranda 1988-ci ildə siyasi məhbusların kütləvi edamlarının və bu edamlarda indiki İran prezidenti Ebrahim Rəisinin rolunun araşdırılmasına çağırıblar.

Yanvarın 27-də Reuters agentliyinin yaydığı açıq məktubu Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş sədri Son Sanhen və ABŞ-ın qlobal kriminal ədliyyə üzrə keçmiş səfiri Stiven Repp də daxil 460 nəfər imzalayıb.

Ötən il prezident seçilmiş Rəisi 1988-ci ilin kütləvi edamları zamanı hökm çıxaran dörd hakimdən biri kimi Birləşmiş Ştatların sanksiyaları altındadır.

Rəisinin administrasiyası bu məktubla bağlı xəbərə hələki şərh verməyib.

Xomeyninin zamanında

Tehran İran İslam inqilablının 1989-cu ildə vəfat etmiş lideri ayətüllah Ruhulla Xomeyninin zamanında kütləvi edamların həyata keçirildiyini indiyədək danmaqda davam edir.

Amnesty International təşkilatının təxminlərinə görə 1988-ci ildə 5 minədək siyasi məhbus edam olunub.

Təşkilatın 2018-ci il hesabatında deyilir ki, bu hadisənin cavabdehləri indiyədək cəzasız qalıblar.

Açıq məktubda bildirilir ki, hökmləri çıxaran dörd hakimin arasında indiki prezident Ebrahim Rəisi və ədliyyənin rəhbəri Qulamhüseyn Möhseni Ejej də olub.

1988-ci ildə edam olunmuşların Əhvazdakı adsız kütləvi məzarı
1988-ci ildə edam olunmuşların Əhvazdakı adsız kütləvi məzarı

Rəisi fəxr edir

Rəisi 2021-ci ilin iyununda keçirilən mətbuat konfransında edamlarda rolunun olmasını inkar etməmişdi:

"Əgər hakim və ya prokuror xalqın təhlükəsizliyini müdafiə edibsə, tərifə layiqdir. Mən indiyədək olduğum bütün vəzifələrdə insan haqlarını müdafiə etməyimlə fəxr edirəm”.

Britaniyada “1988-ci il İran qətliyamının qurbanları üçün ədalət” qrupu tərəfindən hazırlanmış açıq məktubun surəti habelə 47 üzv dövlətdən ibarət BMT İnsan Haqları Şurasına da göndərilib.

Şuranın beş həftəlik növbəti sessiyası fevralın 28-də başlanacaq.

Məktubu habelə BMT-nin işgəncələr üzrə keçmiş müstəntiqləri və Avstriya, Belçika, Kanada, İtaliya, Kosovo və Polşanın ke,miş xarici işlər nazirləri imzalayıblar.

BMT-nin İranda insan haqları üzrə tədqiqatçısı Cəvaid Rehman sözü gedən sessiyada hesabat açıqlamalıdır.

O Reuters agentliyinə müsahibəsində İranda dövlət tərəfindən həyata keçirilmiş 1988-ci il edamlarının və bu edamlarda indiki prezidnet Rəisinin rolunun aşkara çıxarılması üçün müstəqil təhqiqat keçirilməsinə çağırıb.

Rəisi həmin vaxt Tehran prokurorunun müavini idi.

XS
SM
MD
LG