Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:33
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Qazaxıstanda müharibə əleyhinə aksiya keçirilib

Qazaxıstanda müharibə və Putin əleyhinə etiraz aksiyası, 6 mart 2022
Qazaxıstanda müharibə və Putin əleyhinə etiraz aksiyası, 6 mart 2022

Rusiya ordusunun Ukrayna qarşı apardığı hərbi əməliyyatlara qarşı Almatıda etiraz aksiyası keçirilib. Müxtəlif məlumatlara görə, aksiyada 3 mindən 5 minə qədər adam iştirak edib.

Etirazçılar əllərində "Yaşasın Ukrayna", "Müharibəyə yox", "Putin Haaqa, həbsxana". Qaldırılan plakatlarda əsasən müharibənin və Putinin dayandırılması tələbləri olub. Bəzi etirazçıların qaldırdıqları plakatlarda "Əgər indi müharibə dayandırılmasa növbəti Qazaxıstan olacaq" kimi müxtəlif şüarlar da olub.

Mitinq təşkilatçılarından biri Daulet Abılkasımov tribunadan bəyan edib ki, bu mitinq Rusiya və Ukrayna xalqına qarşı yox, Putinə və müharibəyə qarşıdır .

"Putin öz ambisiyalarının əsirinə çevrilib. Bu müharibəni o başlatdı, indi həm ideoloji, həm də hərbi cəhətdən uduzur. Biz burada heç bir millətə qarşı deyilik. Biz nə ruslara, nə də ukraynalılara qarşı deyilik. Biz Putinə qarşıyıq. Biz sülh tərəfdarıyıq”, - bildirib.

Ukraynada Rusiya ordusuna qarşı aksiyalar

Xerson vilayətinin Nova Kaxovka sakinləri etiraz aksiyasına çıxıblar. “Azadlıq” radiosunun Ukrayna xidməti xəbər verir ki, əllərində Ukrayna bayraqları olan etirazçılar Rusiya ordusunun tutduğu meriyanın binasına doğru hərəkət ediblər. İnsanlar “Rus gəmisi, get”, “Yeni Kaxovka Ukraynadır” deyə qışqırırlar.

Oxşar mitinqlər Geniçesk rayonunun Novoalekseevkada və Xersonun özündə də keçirilir: orada insanlar Xerson administrasiyası ilə üzbəüz “Ukrayna” kinoteatrının yaxınlığında toplaşıb, “Ukrayna!”, "Ukrayna!" şüarları səsləndirirlər.

Mariupolda mülki əhalinin təxliyyəsinə başlanılır

Mariupoldakı əhalinin təxliyyəsinə saat 12:00-dan sonra başlanacaq. Bu barədə şəhər şurası məlumat verib. Təxliyyənin həyata keçirilməsi üçün tərəflər martın 6-sı saat 10-dan saat 21:00-a qədər süküt rejimi elan ediblər.

Beləki martın 5-də əhalinin təxliyyəsi ilə bağlı elan edilən sükut rejimi baş tutmayıb. Sükutun pozulmasında tərəflər bir-birini günahlandırıb.

Jurnalistlər atəş altına düşüblər

Kiyev yaxınlığındakı İrpin rayonunda çəkiliş aparan Nastoyashcheye Vremya​-nın çəkiliş qrupun yaxınlığına mərmi düşüb.

Jurnalist Roman Suxanın dediyinə görə, mərmi onların 20 metrliyində partlayıb:

"Biz ancaq Romanovkadan çıxa bildik və bizdən 20 metr aralıda mərmi düşdü. Nə olduğunu bilmirəm, amma yerə uzanmağa müvəffəq olduq. Ayağa qalxanda isə yalnız mərminin düşdüyü yeri gördük. Evlər yanır,ölənlər var. Mən öz gözlərimlə dörd ölü gördüm - iki gənc oğlan, bir azyaşlı uşaq, bir qadın. Kiyevə həm güllə, həm də qəlpə yarası alan çoxlu yaralı gətirilir. Burada gördüyümüz şok edicidir."

Davamı

XS
SM
MD
LG