Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:12

Sanksiyalar Rusiyanın enerji gəlirlərini azaltmayıb, əksinə...


Arxiv fotosu
Arxiv fotosu

Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır

Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan sanksiyaların satışı azaltmasına baxmayaraq, Moskva Avropanın onun neftindən enerji asılılığından qazanmaqdadır. Finlandiyada yerləşən Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) aprelin 28-də yaydığı tədqiqatda belə deyilir.

Araşdırmaya görə, Ukraynaya qarşı iki aydır davam edən müharibə zamanı Rusiya Avropa İttifaqına (Aİ) yanacaq satışından gəlirlərini iki dəfəyədək artırıb.

Sanksiyaların Rusiyanın satışında səbəb olduğu itkini qiymətlərin artması kompensasiya edib.

Tədqiqatçılar deyirlər ki, yeni sanksiyalar qiymətlərin daha da qalxacağını vəd edir, Rusiya Prezidenti Vladimir Putinin enerjidən Aİ-yə qarşı təzyiq kimi yararlanma, Ukrayna müharibəsini maliyyələşdirmə cəhdlərini boşa çıxarır.

Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır. Bu, 2021-ci ilin eyni dövrüylə müqayisədə satışın dəyərində iki dəfəyədək artım deməkdir, hesabatda belə deyilir.

Satış həcmində azalmaya baxmayaraq, neftin bahalanması fevralın 24-də Ukraynanın işğalı başlayandan Moskvaya gəmilər və kəmərlərlə ixrac olunan enerjidən 63 milyard avroluq (66 milyard dollar) gəlir gətirib.

“Sanksiyalarda böyük dəlik”

Aİ-nin Rusiyadan idxal etdiyi neft 20, kömür isə 40 faiz azalıb. Ancaq qaz idxalı artıb və Almaniya əsas alıcı olaraq qalır. Müharibənin iki ayı ərzində Almaniya 9 milyard avroluq enerji məhsulu idxal edib.

CREA-nın aparıcı təhlilçisi Lauri Millivirta deyib ki, davam edən enerji ixracı “sanksiyalarda böyük dəlik yaradır” və Rusiyadan enerji alan ölkələrin hamısı “Rusiya ordusunun törətdiyi nəhəng beynəlxalq qanun pozuntularına əlbir olur”.

Onun fikrincə, müharibəni dayandırmağın yeganə yolu Rusiyanın enerji daşıyıcılarından çevik və tam imtina olacaq.

Avropa Parlamentinin martda qəbul etdiyi qətnamədə Rusiya enerjisinə embarqoya çağırış edilirdi. Ancaq indiyədək Avropa İttifaqı yalnız bir embarqonu müzakirə edib, avqustdan Rusiyadan kömür idxalına qadağa qoyub.

Gazprom-un gəliri artıb

Rusiyanın Gazprom enerji nəhəngi ötən il təmiz gəlirinin artdığını açıqlayıb, bunu enerji qiymətlərinin yüksəlməsi ilə izah edib. Şirkət 2021-ci ildə 2.09 trilyon rubl (29 milyard dollar) təmiz gəlir əldə etdiyini bildirib. Bir il öncə bu rəqəm 135 milyard rubl idi. 2020-ci ildə qlobal pandemiya və enerji qiymətlərinin düşməsi gəlirləri azaltmışdı.

İqtisadiyyatlar COVID-19 lokdaunlarından çıxandan sonra dünyada enerji bahalanmağa başlayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzü isə qiymətləri daha da yüksəldib.

Gazprom bu il qaz istehsalında 4 faiz azalma proqnozlaşdırır. Bu, Qərbin sanksiyalarının təsiri ilə izah olunur.

Şirkət aprelin 27-də Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünün dayandırdığını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz üçün rublla ödəniş tələb etsə də, həmin ölkələrin buna əməl etmədiyi bildirilir.

Putin Qərbin iqtisadi sanksiyalarına cavab olaraq belə bir tələb irəli sürüb.

XS
SM
MD
LG