Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 06:40

Rusiyanın neft embarqosunu Liberiya bayrağı ilə pozduğu deyilir


Sovcomflot şirkətinin neft tankerlərindən biri
Sovcomflot şirkətinin neft tankerlərindən biri

Rusiyanın Sovcomflot şirkətinin neft tankerləri Qərb sanksiyalarına baxmayaraq Avropanın limanlarına daxil olur

Rusiyanın Sovcomflot (SCF) şirkətinin neft tankerləri Qərb sanksiyalarına baxmayaraq Avropanın limanlarına daxil olur.

Sovcomflot sanksiyalardan yan keçmək üçün Kipr və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iki törəmə şirkət qurub.

Sovcomflotun neft tankerləri isə Liberiya bayrağı altında üzürlər və onların təhlükəsizlik sertifikatları Hindistandan alınır.

Bu barədə məlumatı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi - OCCRP və Reuters agentliyi veriblər.

OCCRP bu ilin may ayında Sovkomflotun sanksiyalara baxmayaraq hərəkətdə olan 18-dən çox tankerini müşahidə edib.

Bu da qeyd olunur ki, bu tankerlərdən hər biri 240 milyon dollarlıq neft daşıyır.

“Vergi cənnəti” - Liberiya

OCCRP yazır ki, onun təhqiqatçıları Sovcomflot-un ABŞ, İtaliya, Danimarka və Niderlanda istiqamətlənən və ya bunların limanlarında lövbər salan 6 tankerini izləyə biliblər.

Təhqiqatçı jurnalistlər aşkar ediblər ki, Rusiya şirkəti sanksiyalardan yan keçmək üçün Kipr və BƏƏ-də törəmə firmalar açıb, onun tankerləri isə “vergi cənnəti” sayılan Liberiya bayrağı altında üzür.

Beynəlxalq siyasət və maliyyə üzrə ekspert Rikardo Soares deyir ki, Sovcomflot, beləliklə Rusiyanın kəskin ehtiyacı olan xarici valyutanı qazanmaqda davam edir.

Avropa İttifaqının mətbuat xidməti Sovcomflot tankerlərinin niyə hələ də Avropa limanlarına daxil ola bilməsi barədə suala cavab verməyib.

Sovcomflot şirkəti də sorğunu cavabsız qoyub.

Reuters agentliyi yazır ki, Rusiya üzərinə sanksiyalar qoyulandan bəri Qərb şirkətləri Sovcomflot-un neft tankerlərinə təhlükəsizlik şəhadətnaməsi verməkdən imtina ediblər.

Buna görə də indi Rusiya şirkəti sertifikasiyanı Dubayda açdığı törəmə firması vasitəsilə Hindistanda sənədləşdirir.

Lavrov İranda sanksiyalardan qorunmağın yollarını müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Hindistan sertifikatı

Hindistanın IRClass sertifikasiya şirkətinin məlumatına görə qurum Sovkomflotun 80-dən çox gəmisinə şəhadətnamə verib.

Bu sənəd gəmilərin təhlükəsizliyinə qarantiya verir. Bundan başqa həmin şəhadətnamə ilə gəmiləri sığorta etdirmək və Avropa limanlarına girişini təmin etmək mümkün olur.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra Avropa İttifaqı və ABŞ Rusiyanın ən böyük gəmiçilik şirkəti olan Sovcomflot-u da sanskiya siyahısına daxil edib.

Bu sanksiya ABŞ-da martın sonlarından, Avropa İttifaqında isə mayın ortalarından qüvvədədir.

Avropa İttifaqı iyunun əvvəllərində Rusiyaya qarşı sanksiyaların 6-cı paketini qəbul edib.

Bu paketlə Rusiyadan dənizlə daşınan bütün neftə embarqo qoyulub.

Sanksiyalar qoyulandan sonra Çin və Hindistan Rusiyadan enerji daşıyıclarının idxalını artırıblar.

Reuters yazır ki, Hindistan ötən illə müqayisədə Rusiyadan neft idxalını 16 dəfə artırıb.

Treyderlərin məlumatına görə Rusiya Asiya ölkələrinə qazıntı yanacağını 30 faizlik güzəştlə satır.

XS
SM
MD
LG