Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Qələbə üçün Ukraynaya nə lazımdır – Araşdırma


Hesabat müəlliflərinin firkincə hazırda Ukraynanın silahla təchizatı pərakəndə və xaotik səciyyə daşıyır

Hərbi ekspertlər Ukraynaya Rusiya ilə mühribədə qələbə üçün lazım olan silahları sadalayıblar və Qərb ölkələrinin bu silahların təchizatı zamanı buraxdıqları səhvlərdən bəhs ediblər.

“Ukrayna müharibədə: sağ qalmaqdan qələbəyədək” adlanan araşdırma hesabatını Britaniyanın kral müdafiə tədqiqatları institutu – RUSI dərc edib.

Hesabat müəlliflərinin firkincə hazırda Ukraynanın silahla təchizatı pərakəndə və xaotik səciyyə daşıyır, bəzən isə Ukrayna Silahlı Qüvvələri üçün “logistik dəhşətə” çevrilir.

Hesabatda deyilir ki, məsələn 155 mm çaplı haubitsaların hətta NATO daxilində də müxtəlif çaxmaq və partladıcılarından istifadə olunur.

Buna görə də hər bir haubitsa üçün hərbçilərə ayrıca təlim keçilməsi lazım gəlir.

RUSI ekspertləri ölkələrə silah təchizatını rasionallaşdırmağı və əlaqələndirməyi tövsiyə edirlər: bir və ya iki tip haubitsalarla təchiz etmək və onlar üçün sursatın və mərmilərin istehsalını artırmaq.

Ekspertlərin fikrincə, Ukraynaya haubitsalardan başqa həm də yaylım atəşli raket sistemləri (MLRS) lazımdır.

Bu raketlər düşmənin təchizat zəncirlərinin qırılmasında mühüm rol oynayır. Rusiya hərbi logistikada dəmir yollarından çox asılıdır.

MLRS sistemləri dəmir yolu xətlərini, silah anbarlarını və başqa obyektləri sərrast vurur.

Müharibə uzanmasın deyə

Ekspertlər qeyd edirlər ki, bundan başqa Ukraynaya səyyar zenit-raket kompleksləri, yuxarıdan hücum edən və idarə olunan antitank silahları, müşahidə avadanlığı və hava hücumundan müdafiə sistemləri lazımdır.

Ekspertlərin fikrincə Ukraynanın habelə mühafizə olunan platformalarda etibarlı taktiki mobil rabitə vasitələrinə ehtiyacı var.

Ekspertlər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinə hücum əməliyyatlarının planlaşdırılması sahəsində miqyaslı təlim keçilməlidir.

Hesabat müəlliflərinin fikrincə əgər ölkələr hərbi yardımlarını səfərbər və rasional edə bilməsələr Ukrayna uzun və üzücü müharibəyə sürüklənə bilər. Həm də bu halda vaxt Rusiyaya işləyəcək.

ABŞ, Avropa ölkələri, habelə Yaponiya və Avstraliya indiyədək Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstəriblər.

ABŞ Ukraynaya 42 milyard, Britaniya 6 milyard, Almaniya isə 3 milyard dollar ayırıb.

XS
SM
MD
LG