Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:40

Zelenski baş prokuroru, SBU rəhbərini vəzifədən kənarlaşdırır


İrina Venediktova
İrina Venediktova

“Sxemi” portalının mayda açıqladığı araşdırmaya görə, Bakanov İspaniyada qeydiyyatdna keçmiş özəl şirkətdə aparıcı vəzifə tutmaqla Ukraynanın korrupsiyaya qarşı qanunvericiliyini pozub

Prezident Zelenski qərarını prokurorluq orqanları və digər hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı dövlətə xəyanət ittihamı üzrə yüzlərlə cinayət işi ilə izah edib.

“Dövlətin milli təhlükəsizliyinə qarşı cinayətlərin miqyası, eləcə də Ukrayna güc strukturları əməkdaşları ilə Rusiya xüsusi xidmətləri arasında qeydə alınmış əlaqələr indiki rəhbərlik qarşısında çox ciddi suallar qaldırır. Bu sualların hər birinə müvafiq cavab veriləcək”, – Zelenski ənənəvi gecə müraciətində deyib. Onun sözlərinə görə, prokurorluq orqanları və məhkəmənin 60-dan çox işçisi Rusiyanın işğal etdiyi ərazilərdə qalıb, Ukraynaya qarşı işləyir.

Bakanov və Venediktova Zelenskinin yaxın adamları sayılırdı. Venediktova bir müddət hüquqi məsələlər üzrə Zelenskinin müşaviri olub, onun seçki qərargahının üzvü idi. Bakanovu isə media Zelenskinin “uşaqlıq dostu” adlandırır.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş prokurorunu, dövlət təhlükəsizlik xidmətinin rəhbərini vəzifədən kənarlaşdırıb, bu addımlara səbəb göstərilməyib.

İyulun 17-də imzalanmış fərmanlarla Baş prokuror İrina Venediktova və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri İvan Bakanov vəzifədən çıxarılıblar.

Araşdırma

“Sxemi” portalının mayda açıqladığı araşdırmaya görə, Bakanov İspaniyada qeydiyyatdna keçmiş özəl şirkətdə aparıcı vəzifə tutmaqla Ukraynanın korrupsiyaya qarşı qanunvericiliyini pozub.

Bakanovun 2015-ci ildən “Nueva Tierra Verde Sociedad Limitada” şirkətində rəis olduğu bildirilirdi.

Ukrayna qanunvericiliyi SBU başçısının özəl şirkətə başçılıq etməsini yasaqlayır.

Bakanov onda xəbəri şərh etməsə də, SBU-nun mətbuat xidmətinin yaydığı məlumatda onun hansısa səhvə yol verdiyini dandığı deyilirdi.

“Sxemi” AzadlıqRadiosu isə “UA: Pershy television” arasında birgə araşdırma layihəsidir.

Baş prokurorun vəzifəsini icra etmək Oleksey Simonenkoya tapşırılıb. Simonenko baş prokurorun müavinidir.

Bakanov 2019-cu ilin avqustundan SBU-ya başçılıq edir. Venediktova isə 2020-ci ilin martından baş prokuror idi.

SBU-ya kimin rəhbər gətirildiyini bəlli deyil.

XS
SM
MD
LG