Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

‘Dağıtmadıqlarını da oğurlayıblar’. Ukrayna kəndlərindən reportaj


Dolına yaxınlığında vurulmuş Rusiya tankı
Dolına yaxınlığında vurulmuş Rusiya tankı

Kutsevıç raket hücumunda qardaşını və çoxlu tanışını itirib. Rusiya əsgərləri onun illərlə topladığı sovet medal və markalarını oğurlayıblar

Dolına da Ukraynanın şərqində yerlə-yeksan edilmiş çoxsaylı kəndlərdən biridir. 42 yaşlı Marına Snijınska illərlə tikdiyi və hazır olmasını həvəslə gözlədiyi təzə evinə köçməmiş ev 12 raket zərbəsi ilə dağıdılıb. Onun özünün böyüdüyü, ata-anasının yaşadığı ev də darmadağın edilib. Əmisi Mıkola Mıronenkonun evi və dükanı da həmçinin.

Snijınska qohumları ilə birlikdə son beş günü bu evlərin xarabalıqları arasında keçmiş həyatlarından qalmış ola biləcək şeyləri axtarıb. “Dağıtmadıqlarını da oğurlayıblar”, – o deyir.

Heç vaxt işğal olunmayan kənd

Donetsk və Xarkov regionları arasındakı sərhəddə yerləşən Dolına kəndi heç vaxt işğal olunmayıb. Rus ordusu kəndin lap yaxınlığına gəlsə də yaxınlıqdakı Slovyansk şəhərini yarıb keçə bilməyiblər. 2014-cü ildə Ukrayna ilə Rusiyanın silahlandıraraq dəstəklədiyi Donbas bölgəsi arasında müharibə məhz bu şəhərdə başlamışdı. Əkshücum zamanı Ukrayna əsgərləri sahiblərinin tərk etdiyi bu evlərdə qalırdılar.

Dolınanın bütün sakinləri Ukraynanın daha təhlükəsiz yerlərinə, Avropaya, yaxud da Rusiyaya qaçıb.

Zirzəmidə, kimsəsiz pişiklərlə birlikdə

Ukrayna ordusunun azad etdiyi kəndlərdən biri də Ruski Tışkı kəndidir. Xarkovla Rusiya sərhədi arasında tən ortada yerləşən kənd tamamilə boşalıb.

Olena Bubiyenko yeriyə bilməyən 81 yaşlı anasına görə əri ilə birlikdə kənddə qalmalı olub. Yaşlı qadın aylardır ki, nisbətən bütöv qalmış evin zirzəmisində uzanıqlı vəziyyətdədir. Yaxınlıqdakı kəndlərdən toplanmış pişikləri də qəfəslərdə onun yanına yerləşdiriblər.

Kənd 72 saat rus işğalında qaldıqdan sonra mayın əvvəli azad edilsə də raket atəşi yalnız bir neçə həftə bundan əvvəl, Ukraynanın əkshücumla daha çox ərazini azad etməsindən sonra dayanıb.

Bubiyenko Rusiya əsgərlərinə nifrət etmədiyini deyir. “Onlardan biri həyatımı xilas elədi”, – o deyir.

Üzr istəyən rus əsgəri

Bir gün o küçədə gedərkən yaxınlığına kaset bombası düşüb. Bir rus əsgəri də qəfildən onu paltarından çəkərək yaxınlıqdakı səngərə salıb. Yeddi yaşlı bir qız uşağı onun gözləri qarşısında ölüb.

Onun sözlərinə görə, Lyoşa adlı başqa bir rus əsgəri də onun qarşısında diz çökərək işğalçı ordunun kəndi bu hala salmasına görə “100 dəfə” yalvararaq üzr istəyib.

"Onları bağışlaya bilərik. Bəs dağıdılmış kəndimiz necə olsun?”, – Bubiyenko deyir.

Bubiyenkonun özünün, anasının və bacısının evləri raket atəşi ilə dağıdılıb. Onun qızı, nəvəsi, oğlu və onun nişanlısı xaricdədirlər. Onların hamısı Rusiyadan ərazisindən Polşaya keçiblər.

Bubiyenkonun özü isə köçməyi planlaşdırmır.

Lımandakı cütlük

Donetsk regionunun 127 gün rus işğalında qaldıqdan sonra oktyabrın 1-də azad edilən Lıman şəhərində yaşlı bir cütlük üçtəkərli motosikletin qoşqusuna ağac parçalarını doldurur. Raket bir küknar ağacını vurub.

"Yaxşı uşaqlardır! Mişar gətirib ağacı mənim üçün kəsdilər”,Volodımır Kutsevıç şəhərdə keşik çəkən Ukrayna əsgərləri haqda deyir.

Rusların Lımandan çəkilməsi Kreml üçün ciddi geriləmə sayılır. Ruslar Putinin Donetsk və Ukraynanın daha üç regionunun əsassız şəkildə Rusiyanın tərkib hissəsi kimi tanınması haqda sənədi imzalamasından bir gün sonra geri çəkiliblər.

İranda polislər etirazçı qadınları döyür
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Kutsevıç həyat yoldaşı ilə birlikdə Lımanı tərk etməyə çalışsa da alınmayıb: raket zərbələri intensivləşib və onlar işğal boyu şəhərdə qalmalı olublar. Yaşlı cütlük istiliksiz və elektriksiz yaşamalı olub. İndi də payızın soyuqlarına hazırlaşmaq üçün odun yığırlar.

Kutsevıç raket hücumunda qardaşını və çoxlu tanışını itirib. Rusiya əsgərləri onun illərlə topladığı sovet medal və markalarını oğurlayıblar. Onların hazırda xaricdə olan övladları işğal dövründə əlaqə saxlaya bilmirmiş. İndi də çox da tez-tez zəng vurmurlar.

XS
SM
MD
LG