Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Qazaxıstanda Putinin səfərinə etiraz edirlər


Qazaxıstanda Putinə qarşı etiraz aksiyası
Qazaxıstanda Putinə qarşı etiraz aksiyası

Qazaxıstanın Almatı şəhərində polislər Rusiya səfirliyinin qarşısında aksiyaya çıxan dörd nəfəri saxlayıblar.

Onlar Rusiya prezidenti Vladimir Putinin oktybarın 12-də Astanaya planlaşdırılmış səfərinə etiraz edirdilər.

Saxlananların naməlum istiqamətdə aparıldıqları xəbər verilir. Bu barədə məlumatı AzadlıqRadiosunun Qazax xidməti verib.

Etiraz edənlərin əllərində plakatlar və Ukrayna dövlət bayrağının rənglərini əks etdirən mavi-sarı əklillər vardı.

Polis saxlanmanın səbəbini izah etməyib.

Rusiya səfirliyinin “mühafizəçisi”

AzadlıqRadiosunun müxbiri bildirir ki, fəalların saxlanmasını videoya çəkirmiş, lakin özünü səfirliyin mühafizəçisi kimi təqdim edən şəxs ona mane olub.

O əlləri ilə kameranı bağlamağa cəhd edib.

Bu da xəbər verilir ki, hələ etiraz aksiyasından əvvəl səfirliyin binasının və yaxınlıqdakı yeraltı keçidin yanında 20-dək polis nəfəri olub. Onlar həmin yerdən keçənləri yoxlayırdılar.

Oktyabrın 12-14-də Rusiya prezidenti Vladimir Putinin Astanaya səfəri planlaşdırılıb.

Qazaxıstanda bir sıra insan haqları müdafiəçiləri, politoloqlar və sakinlər Putinin Ukraynaya qarşı təcavüzünü pisləyir, bu səfərin ləğv olunmasını tələb edirlər.

Bir aksiyaya icazə verilirb

Bundan əvvəl Qazaxıstanda Rusiyanın Ukrayanaya qarşı təcavüzünə çox sayda etiraz aksiyaları keçirilib.

Bu aksiyalardan əksəriyyəti yerli hakimiyyətlə razılaşdırılmayıb.

Belə aksiyalarda saxlanalara qarşı inzibati cəzalar tətbiq olunub.

Fevralın sonlarında Rusiyanın Ukraynaya müsaxiləsi başlanandan sonra “Oyan Qazaxıstan” hərəkatının fəalları Rusiyanın Almatıdakı baş konsulluğunun qarşısına toplanmış və Moskvanın Ukraynaya təcavüzünə etiraz etmişdilər.

O vaxt da polis bir sıra fəalları saxlamışdı.

Aprel ayında eyni hərəkatın üzvləri Almatıdakı Rusiya konsulluğunun qarşısında saxlanmışdı.

Onlar Rusiyanın Ukraynada törətdiyi “hərbi cinayətlərə” etiraz edirdilər.

Qazaxıstanda Ukrayanaya dəstək üçün yalnız martın 6-da keçirilmiş aksiyaya rəsmən icazə verilib.

O vaxt mitinqə çıxan minlərlə etirazçı “Putin - Haaqa həbsxanası” və “Tokayev susma!” şüarlarını səsləndirirdilər.

İranda etirazlar yenə alovlandı, ölənlərin sayı 185-ı keçdi
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

XS
SM
MD
LG