Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

Sorğu: Rusiyalıların ‘ovqatı’ pisləşib


İllüstrativ foto
İllüstrativ foto

Onların “ovqat indeksi” son 14 ildə minimum həddə enib. Bu nəticəyə Levada Mərkəzinin keçirdiyi sorğu gəlib

2022-ci ilin sentyabrında aparılmış sorğunun nəticələrinə görə Rusiyada qismən səfərbərlik elan ediləndən sonra rəyi soruşulan rusiyalıların az qala yarısı qorxu, kədər, gərginlik və ya əsəbilik hissi keçirdiyini bildirib.

Onların “ovqat indeksi” son 14 ildə minimum həddə enib. Bu nəticəyə Levada Mərkəzinin keçirdiyi sorğu gəlib.

Sorğunun nəticələrinə görə rusiyalıların iqtisadi gözləntiləri müharibədən əvvəlki həddə enib.

Levada mərkəzinin təhlil qrafiki göstərir ki, gələn il bu göstəricilər daha pis olacaq.

Əhval-ruhiyyənin ümumi enişi həm də rusiyalıların ümumi sosial ovqat indeksinin azaldığını göstərir.

Ən aşağı göstərici respondentin və onun ailəsinin həyatının bir ildə necə dəyişdiyini əks etdirir.

Bu göstərici 2002-ci ildən bəri ən aşağı həddinə enib.

2022-ci ilin sentyabrında aparılan sorğuda respondentlərin əksəriyyəti son bir ildə əhvallarının pisləşdiyini bildirib.

17 səfərbər niyə ölüb?

Ailə indeksinin göstəriciləri Rusiyada 2008-ci ildə Rusiya və Gürcüstan arasında münaqişədən sonra və 2014-cü ildə Krımın Ukraynadan ilhaq olunması zamanı belə düşmüşdü.

Amma o vaxt göstəricilər 2022-ci illə müqayisədə daha rəvan idi.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan edib.

Putinin fərmanında səfərbərlik “qismən” adlandırılsa da, onun parametrləri heç nə ilə məhdudlaşdırılmayıb.

Bundan əvvəl Rusiyada 300 min nəfərin səfərbərliyə alınacağı və bunun Rusiyanın bütün potensialının 1 faizi olduğu bildirilmişdi.

Rusiyada qismən səfərbərlik başlanandan hələ cəbhə xəttinə göndərilənədək azı 17 səfərbərin öldüyü bildirilir.

Onlar ən müxtəlif səbəblərdən, o cümlədən naməlum səbəblərdən vəfat ediblər.

Onlardan ən azı 3-nün intihar etdiyi barədə məlumatlar var.

XS
SM
MD
LG