Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Türkiyənin yeni media qanunu tənqid olunur


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

“Saxta informasiya” anlayışının aydın verilməməsi müxalifət və insan haqları fəallarının narahatlığına səbəb olub

Türkiyədə deputatlar yeni media qanununu təsdiqləyib. Qanunda “saxta informasiya” dərcinə görə 3 ilədək həbs cəzası nəzərdə tutulur. İnsan haqları qruplarının mövqeyincə, bu qanun gələn ilə planlaşdırılan seçkilərdən öncə ifadə azadlığını məhdudlaşdıracaq.

“Saxta informasiya”

Oktyabrın 13-də axşam təsdiqlənən qanunu Prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyası və parlamentdəki ultra-millətçi müttəfiqləri irəli sürüb. Bir gün öncə isə AŞPA Türkiyə hakimiyyətini qanunu qəbul etməməyə çağırıb.

Qanunda deyilir ki, jurnalistlər və sosial media istifadəçiləri hakimiyyətin “saxta” hesab etdiyi informasiya yayarsa 3 ilədək həbslə cəzalandırıla bilərlər. Söhbət “ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayiş, ictimai səhiyyə” barədə “saxta” informasiyadan gedir.

“Saxta informasiya” anlayışının aydın verilməməsi isə müxalifət və insan haqları fəallarının narahatlığına səbəb olub.

Bakının dar səkiləri - standarta əməl olunmur
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Qara gün

“Bu gün Türkiyədə onlayn ifadə azadlığı və mətbuat azadlığı üçün daha bir qara gündür”, – Amnesty International insan haqları təşkilatının regional araşdırmaçısı Güney Yıldız deyib.

“Bu yeni tədbirlər son illər medianı getdikcə daha çox nəzarətə alan hökumətə imkan verir ki, Türkiyədə qarşıdan gələn seçkilər öncəsi tənqidi səsləri daha da senzura edib susdursunlar, həm də dezinformasiya ilə mübarizə adı altında”, – Yıldız sözlərinə əlavə edib.

Sosial medianı demokratiyaya təhdid adlandıran Ərdoğan gələnilki seçkidə 20 ildir davam edən hakimiyyətinə sərt müqavimətlə üzləşə bilər.

XS
SM
MD
LG