Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

'O su fontanı həm də korrupsiyanın fontanı idi'


"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri

İqtisadçı Natiq Cəfərli təəssüflənir ki, qəzalar baş verəndə obyektlərin əksəriyyətinin sığortalanmadığı üzə çıxır.

Oktyabrın 26-da Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində qəza baş verdi. Nəticədə ərazidə olan bir çox obyektləri su basdı, onlara ziyan dəydiyi açıqlandı.

Partlayan borunun sonuncu dəfə 2014-cü ildə dəyişdirildiyi bildirilir.

Hesabat

"Azərsu" ASC-nin maliyyə hesabatından görünür ki, qurum 2021-ci ili 552.23 milyon manat xalis zərərlə başa vurub. Bu, 2020-ci illə müqayisədə çoxdur. Son nəticədə ASC-nin yığılmış zərəri 7.6 faiz artaraq 7 milyard 855.686 milyon manata çatıb.

Lakin qurumun içməli su və kanalizasiya xidmətindən gəlirləri artıb və 262.947 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən çoxdur.

"Azərsu" baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni, əsas vəsaitlərin köhnəlməsi ilə izah etmişdi. "Amortizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır", - qurum bildirirdi.

Ötən il satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün "Azərsu" ASC-yə dövlət büdcəsindən 38 milyon manat ayrıldığı da açıqlanmışdı.

"150-200 minə yaxın zərər var"

Əsəd Əhmədov küçəsində baş vermiş qəza nəticəsində ərazidə işlətdiyi idman zalına zərər dəydiyini deyən sahibkarlardan biri "Turan"a bildirib ki, obyektdə olan bir neçə qaçış trenajoru xarab olub: "Zalı su basıb. Burda 10 qaçış aparatı var, hər birinin qiyməti 15 mindir. 150-200 minə yaxın zərər var".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da "Turan"a deyib ki, "+52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza hidravlik zərbələr nəticəsində baş verib: "Qırılma baş vermişdi. Bu da suyun kənara dağıdılmasına səbəb olmuşdur".

"Ötən əsrin 50-60-cı illərində çəkilmiş su xətləri…"

Onun sözlərinə görə, "Azərsu" su xətlərində daima yenilənmə apardığına baxmayaraq, Bakı şəhərində hələ də istismar müddətini başa vurmuş xətlərdən istifadə olunur: "Bakı şəhərində ötən əsrin 50-60-cı illərində çəkilmiş su xətlərindən də istifadə olunur. Məsələn, sonuncu dəfə biz Babək prospektinin yenidənqurma layihəsi çərçivəsində orada 50 ildən çox istismar olunan çuqun xəttini ləğv etmişik və yeni 1000 mm-lik su xətti çəkdik. Belə layihələr icra olunduqca artıq istismar müddəti başa vurmuş xətlər ləğv olunur və yeni xətlərlə əhaliyə suyun verilməsi təmin olunur".

Qurumun sözçüsü iddia edib ki, Bakıda su infrastrukturu normaldır. Amma, onun vurğulamasına görə, Bakı şəhərinin ətraf hissəsində su infrastrukturu inkişafla ayaqlaşmır.

"İşin keyfiyyət problemi var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna açıqlamasında təəssüflənib ki, belə hallar baş verəndə obyektlərin əksəriyyətinin sığortalanmadığı üzə çıxır: "Əslində bu tipli qəzalarda sığorta şirkətləri önə çıxmalı və dəymiş ziyanını ödəməlidir".

N.Cəfərli
N.Cəfərli

O deyir ki, obyektlər sığortalanmayıbsa, kompensasiyaların ödənilməsi çox qəliz bir məsələyə çevrilə bilər: "Amma məhkəmə yolu var. Həmin texnogen hadisənin hansı şirkətin və ya dövlət qurumunun səhvləri, yaxud da günahı nəticəsində baş verdiyini məhkəmədə sübut etmək mümkündür".

İqtisadçı qeyd edib ki, su infrastrukturu üçün ayrılan vəsait hesabına Bakıda bir çox xətlər dəyişdirilib: "Amma bu işin keyfiyyət problemi var. İctimai və dövlət nəzarəti çox aşağı səviyyədə olduğundan bu, işin keyfiyyətinə təsir göstərir. Nəticədə keyfiyyətsiz iş görülür deyə, belə texniki qəzaların önü açılır".

Onun sözlərinə görə, bu da ayrılan vəsaitlərin bir çoxunun korrupsiya sxemlərinin yemi olması ehtimalını yüksəldir: "Tenderlərin qeyri-şəffaf olması və nəticə etibarilə bu vəsaitlərin qeyri-şəffaf xərclənməsi korrupsiyanın olduğuna ən azından işarə edir. Obrazlı desək, bir neçə gün bundan öncə Yeni Yasamalda görülən o su fontanı həm də bir korrupsiyanın fontan vurması idi".

XS
SM
MD
LG