Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:18

Ukrayna və Rusiya nümayəndələri Abu Dabidə görüşüblər


Tolyatti-Odessa ammonyak boru kəmərinin bir hissəsi
Tolyatti-Odessa ammonyak boru kəmərinin bir hissəsi

Reuters agentliyinin yazdığına görə noyabrda keçirilən danışıqlarda vasitəçi qismində BMT yox, BƏƏ çıxış edir

Rusiya və Ukrayna nümayəndələri ötən həftə Tolyatti-Odessa ammonyak boru kəmərinin işinin bərpa olunmasını müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərində görüşüblər.

Reuters agentliyi anonim mənbələrə istinadla xəbər verir ki, ammonyak kəmərinin bərpasının müqabilində Rusiyadan ukraynalı əsirlərin azad olunması tələb edilir.

Tolyatti-Odessa ammonyak boru kəməri “Tolyattiazot” zavodundan Ukraynanın Odessa vilayətindəki “Yujnı” Qara dəniz portuna ildə 2.5 milyon maye qaz nəql edir.

Ammonyakdan daha sonra gübrə istehsalında istifadə olunur. İndiki qiymətlərlə bu gübrə ildə 2, 4 milyard dollar gəlir gətirir.

The Financial Times qəzeti yazır ki, bu boru kəmərinin işinin bərpa edilməsini Rusiyadan başqa BMT də istəyir.

Reuters agentliyinin yazdığına görə noyabrda keçirilən danışıqlarda vasitəçi qismində BMT yox, BƏƏ çıxış edir.

Ukrayna tərəfinin tələbini bundan əvvəl prezident Volodimir Zelenski səsləndirmişdi.

O bildirmişdi ki, Kiyev sözü gedən boru kəməri ilə nəqlin bərpa olunması müqabilində ukraynalı əsirlərin azad olunmasını istəyir.

Yerevanda aksiyaçılar Putinin gəlişini etirazla qarşılayıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Kəmərin açılmasını Putin xahiş edib?

Nə Rusiya, nə Ukrayna onlarda olan hərbi əsirlərin sayı barədə məlumat verməyiblər.

Oktyabrın 29-da Zelenski demişdi ki, Moskva indiyədək 1031 əsiri qaytarıb.

Bu da bildirilir ki, Rusiya tərəfində əsirlərin sayı daha çoxdur.

Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ammonyak boru kəmərinin sahibi olan “Uralxim” şirkətinin təsisçisi Dmitri Mazepinlə görüşüb.

Xəbər verilir ki, Mazepin Putindən ammonyak boru kəmərinin açılmasını xahiş edib.

Rusiya tərəfi israr edir ki, bu boru kəmərinin işinin bərpa edilməsi bundan əvvəl əldə edilmiş taxıl razılaşmasının bir hissəsidir.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Ukraynanın tələbi təkcə əsirlər deyil

Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Reuters agentliyinə deyib ki, razılaşmaya görə Rusiya ammonyak nəqlinin bərpasının müqabilində ukraynalı əsirləri azad etməlidir.

Bu da xəbər verilir ki, Zelenski ammonyak nəqlinin bərpası əvəzində əsirlərin azad edilməsindən başqa, həm də Nikolayev dəniz portunun blokadadan çıxarılmasını tələb edir.

Reuters bildirir ki, tərəflər bu danışıqlar barədə məlumatları təkzib etməsələr də, təfərrüatları açıqlamayıblar.

Bundan əvvəl Rusiya və Ukrayna arasında əsir mübadiləsi danışıqlarının vasitəçiliyini Səudiyyə Ərəbistanı etmişdi.

Bu da qeyd olunur ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ötən ay Moskvada Putinlə görüşərkən ammonyak məsələsində vasitəçilyini təklif etmişdi.

XS
SM
MD
LG