Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:04

Zəlzələdə ölənlərin sayı 6 mini keçir. Bakı-Ceyhan kəməri müvəqqəti dayandırılıb


Fevralın 7-si, Kahramanmaraş
Fevralın 7-si, Kahramanmaraş

Türkiyə və Suriya ərazisində baş vermiş zəlzələlərdə ölənlərin sayı 6300-ə çatıb.

Associated Press xəbər verir ki, bunlardan 4,544 ölüm Türkiyədə qeydə alınıb.

Türkiyədə uçqunların altından 8 min nəfər xilas edilib. 380 min nəfər hökumət sığınacaqlarında və ya otellərdə, ticarət mərkəzlərində, stadionlarda, məscidlərdə və icma mərkəzlərində yerləşdirilib.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan deyib ki, ölkənin 85 milyonluq əhalisinin 13 milyonu bu və ya digər dərəcədə fəlakətdən təsirlənib.

Bu arada Bakı-Ceyhan kəməri ilə neftin nəqli müvəqqəti olaraq dayandırılıb.

Türkiyənin Azərbaycandakı səfirliyi önünə əkilil və uşaq oyuncaqları qoyulur
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Türkiyənin şərqində və qonşu Suriyada güclü zəlzələnin yaratdığı dağıntılar arasında axtarış-xilasetmə işləri davam edir. Artıq zəlzələ nəticəsində ölənlərin sayı 5 mini keçib.

Fevralın 6-da səhər tezdən baş vermiş güclü zəlzələdən sonra 200-dək afterşok qeydə alınıb.

Xilasedicilərin yetişmədiyi yerlər var

Hatay vilayətində 1500-dək bina dağılıb, dağıntılar altında çoxsaylı adamların qaldığı, onlara heç bir yardım, xilasedicilərin yetişmədiyi xəbər verilir. Minlərlə insan idman mərkəzlərinə, marketlərə doluşub, bir çoxları isə gecəni bayırda keçirməli olub.

Türkiyənin 10 vilayətində azı 3 min 400 adamın öldüyü, 16 minə yaxın yaralının olduğu bildirilir. Yeddi günlük matəm elan edilib.

Suriyada hökumətin nəzarətində olan yerlərdə ölü sayı 812-yə çatıb, 1400 yaralı var.

Üsyançıların əlində olan şimal-qərb hissədə isə azı 450 nəfərin öldüyü, yüzlərlə yaralının olduğu bildirilir.

Cənubi Koreya, Pakistan, Hindistan zəlzələ zonasına xilasedicilər, tibbi ləvazimat göndərildiyini açıqlayıb.

+++

Türkiyə və Suriyada 7.8 bal gücündə zəlzələdən ölənlərin sayı 4 mini keçib. Rəsmilər ölü sayının artacağını deyirlər, çünki axtarış-xilasetmə işləri davam edir.

Türkiyədə zəlzələ qurbanlarının sayının 3 minə yaxınlaşdığı, Suriyada isə 1100 nəfərin öldüyü xəbər verilir.

Onminlərlə insan soyuq qış günlərində evsiz-eşiksiz qalıb.

“Ən böyük zəlzələ”

Suriya Milli Zəlzələ Mərkəzinin başçısı Raed Ahmed deyib ki, 7.8 ballıq zəlzələ “mərkəzin tarixində qeydə alınan ən böyük zəlzələdir”.

Ukrayna, Rusiya, Birləşmiş Ştatlar, o cümlədən Azərbaycan zəlzələ bölgəsinə xilasedicilər, yardım göndəriblər.

Rusiya işğalına qarşı mübarizə aparan Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Kiyev Türkiyəyə böyük xilasedicilər dəstəsi göndərməyə hazırdır.

“Biz Türkiyə tərəfilə sıx işləyərək xilasedicilərin göndərilməsini koordinasiya edirik”, – Kuleba Twitter-də yazıb.

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər əl-Əsəd və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, hər iki ölkəyə xilasedici göndərmək vədi verib.

Türkiyədə zəlzələdə ölənlərin sayı artır
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

ABŞ, BMT, Avropa ölkələri hərəkətə keçib

ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) isə artıq ölkəsinin baş verənlərə reaksiya verdiyini bildirib. Blinken Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğluna telefonla zəng edərək başsağlığı verib, deyib ki, Türkiyənin yalnız “telefonu götürərək” Birləşmiş Ştatlara kömək üçün nə etmək gərəkdiyini deməsi lazımdır.

Suriya hökuməti beynəlxalq ictimaiyyətdən kömək istəyib.

BMT-nin Baş katibi Antonio Quterreş bəyanatında deyib ki, BMT heyəti Türkiyə və Suriyada ehtiyacları dəyərləndirir və yardım göstərir.

Britaniya hökuməti Türkiyəyə 76 axtarış və xilasetmə mütəxəssisi yollayıb. Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə səhra hospitalı quracağını, axtarış və xilasetmə komandaları göndərəcəyini bildirib.

İspaniya və digər Avropa ölkələri də müxtəlif növ yarıdım göstərəcəklərini açıqlayıblar.

XS
SM
MD
LG