Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

Gürcüstan Qərb avtomobillərinin Rusiyaya ixracını qadağan edib


Gürcüstan-Rusiya sərhədi - Yuxarı Lars keçidi
Gürcüstan-Rusiya sərhədi - Yuxarı Lars keçidi

Gürcüstanın Maliyyə Nazirliyi ABŞ istehsalı olan avtomobillərin Rusiya və Belarusa ixrac və təkrar ixracının qadağanını rəsmən təsdiq edib.

Bu qadağan avqustun 1-dən qüvvəyə minib. Xəbər verilir ki, analoji qadağan Avropa İttifaqında istehsal olunmuş avtomobillərə sentyabrın 26-dan tətbiq ediləcək.

Nazirlik bildirir ki, bu qadağan barədə qərar Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 11-ci paketinə uyğun olaraq qəbul edilib.

Məlumatda deyilir ki, 2023-ci ilin 1 yanvarından 1 iyulunadək Gürcüstandan ümumi dəyəri 930 milyon dollar olan 51 min avtomobil təkrar ixrac edilib.

Bunlardan dəyəri 32 milyon olan 3786 avtomobil Rusiyaya satılıb.

Qadağan Ermənistanı da əhatə edir

Gürcüstan Maliyyə Nazirliyinin qərarı ilə habelə Ermənistandan ABŞ və Avropa istehsalı avtomobillərin Hərbi-Gürcüstan yolu və Kazbegi Yuxarı Lars sərhəd gömrük məntəqəsindən Rusiyaya ixracına qadağan qoyulub.

Bu da deyilir ki, istisna yalnız Ermənistan vətəndaşının mülkiyyətində olan avtomobillərə tətbiq edilir, belə ki onlar avtodiler hesab olunmurlar.

AzadlıqRadiosunun müxbirləri yazırlar ki, rusiyalılar (xüsusən də Rusiyanın cənub regionlarından olanlar) son vaxtlaradək Gürcüstana gəlir, Rustavi maşın bazarında Qərb markalı avtomobilləri alaraq Yuxarı Lars məntəqəsindən Rusiyaya aparırdılar.

Xəbərdə deyilir ki, Gürcüstan hakimiyyətinin bu qərarı Qərb partnyorları ilə uzun və mürəkkəb danışıqların nəticəsində qəbul edilib.

Gürcüstanı bu addımı atmağa vadar edən “dialoq”

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Deyvid O’Sallivan, ABŞ Dövlət Departamenti sanksiyaların koordinasiyası ofisinin rəhbəri Cim O’Brayen və Britaniya Xarici İşlər Nazirliyinin iqtisadiyyat, elm və texnologiyalar şöbəsinin başçısı Kumar Ayer iyunun 26-da bu məqsədlə Tbilisiyə səfər etmişdilər.

Bu səfərin ərəfəsində sözü gedən rəsmi şəxslər bildirmişdilər ki, Gürcüstan paytaxtında “Rusiyaya qarşı sanksiyaların effektli tətbiqi” və “bu məsələ üzrə dialoq üçün daimi xəttin açılmasını” müzakirə edəcəklər.

Ekspertlər bildirirlər ki, görünür elə bu “daimi dialoq” Moskva ilə yaxşı münasibətlər saxlamağa çalışan Gürcüstan hökumətini qadağanın qəbuluna vadar edib.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü başlanandan dərhal sonra, 2022-ci ilin 25 fevralında Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdi ki, Tbilisi Moskvaya qarşı heç bir ikitərəfli sanksiya tətbiq etməyəcək, belə ki, bu, “Gürcüstanın maraqlarına ziyan vura bilər”.

Gürcüstan Rusiyaya qarşı Qərb sanksiyalarının yalnız bank-maliyyə sahəsinə qoşulub.

Putin məmurlara: “Yerli avtomobillərdə gəzin”

Bu arada Rusiya prezidenti Vladimir Putin deyib ki, “bütün məmurlar yerli avtomobillərdən istifadə etməlidirlər”.

O emal müəssisələri rəhbərləri ilə görüşdə deyib:

"Nazirliklər, müəssisələr, işlər idarələri xahiş edirlər, əslində israr edirlər ki, xarici istehsallı maşınların alışı praktikası davam etdirilsin. Mən dedim ki, bu tamamilə istisna olunur və ölkənin bütün məmurları ölkə avtomobillərindən istifadə etməlidirlər”.

Putin “bu bir qədər daha sadə olsa da, qorxulu bir şey yoxdur, əksinə daha yaxşıdır” deyib.

Bununla belə o əlavə edib ki, “ixracdan tamamilə imtina etmək lazım deyil, amma bəzi məhsullar üçün yerli istehsalçıya müraciət edilməlidir”.

Gəliri gilasa bağlı olanlar: Priqojinin qiyamı xaçmazlılara necə ziyan vurdu?
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Rusiyada avtomobil ticarəti yarıbayarı azalıb

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri Hyundai, Toyota (Lexus), Skoda Auto, Renault, Mercedes-Benz və başqa avtomobil şirkətləri Rusiyada istehsalı dayandırıblar.

Onlardan bəziləri aktivlərini rusiyalı partnyorlarına ötürüblər.

General Motors, Mercedes-Benz, BMW, Ford, Land Rover, Toyota və Mazda şirkətləri Rusiyaya ixracı dayandırıblar.

Bu ilin iyununda Aİ Rusiyaya elektrik və hibrid avtomobillərin, lüks kateqoriyasından olan yeni və işlənmiş maşınların idxalını qadağan edib.

İyulun sonlarından Yaponiya da Rusiyaya mühərrikinin həcmi 1.9 litrdən çox olan təzə və işlənmiş hibrid və elektrik avtomobillərinin ixracına qadağan qoyub.

Association of European Business təşkilatının məlumatına görə 2022-ci ildə Rusiyanın avtomobil bazarı 58.8 faiz azalıb.

Ötən il Rusiyada 687 min 370 avtomobil satılıb. 2021-ci ildə bu rəqəm 1.7 milyon idi.

XS
SM
MD
LG