Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:42

Rusiya PUA-sı NATO dövlətinin ərazisinə düşüb?


Dimitri Kuleba
Dimitri Kuleba

Rumıniya rəsmiləri Rusiyanın hücumu iddiasını rədd edir.

Rusiyanın PUA-ları Rumıniya ərazisinə düşüb. AzadlıqRadiosunun Ukrayna xidməti yazır ki, bunu Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba jurnalistlərlə görüşündə deyib. O, bildirib ki, Rusiyanın pilotsuz təyyarələrinin NATO üzvü olan qonşusunun ərazisinə düşməsi görüntülərini Rumıniya ilə paylaşmağa hazırdır.

Lakin Rumıniya rəsmiləri Rusiyanın hücumunun “Rumıniyanın milli ərazisinə və ya ərazi sularına birbaşa hərbi təhdidlər yaratmadığını” bildirərək bu iddianı rədd edib.

Reuters yazır ki, Rusiyanın pilotsuz təyyarələri sentyabrın 4-nə keçən gecə Dunay çayı üzərindən Ukrayna limanına düşüb, Rumıniya ərazisinə düşən PUA onlardan biridir.

Sentyabrın 4-nə keçən gecə rus qoşunları növbəti dəfə Odessaya hücum ediblər. AzadlıqRadiosunun Ukrayna xidməti yazır ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, kamikadze pilotsuz təyyarələrin bir neçə saatlıq hücumu nəticəsində Dunay bölgəsinin mülki infrastrukturuna, İzmail rayonunun bir neçə yaşayış məntəqəsinin anbar və istehsalat binalarına, kənd təsərrüfatı maşınlarına və sənaye müəssisələrinin avadanlıqlarına ziyan dəyib.

XS
SM
MD
LG