Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:00

London və Paris Kiyevi sonadək dəstəkləyəcəklərini deyirlər, Vaşinqton isə...


Britaniyanın xarici işlər naziri Deyvid Kameron və onun fransalı həmkarı Katrin Kolonna
Britaniyanın xarici işlər naziri Deyvid Kameron və onun fransalı həmkarı Katrin Kolonna

Fransa və Birləşmiş Krallıq Ukraynanı onun Rusiyaya qarşı mübarizəsində “lazım olduğu qədər” dəstəkləyəcəklər.

Associated Press (AP) yazır ki, bunu dekabrın 19-da Britaniyanın xarici işlər naziri Deyvid Kameron deyib. O əlavə edib ki, prezident Vladimir Putinin məğlub edilməsi zəruridir.

Kameronun bu bəyanatı Qərbin Rusiyaya qarşı müharibədə səbir və birliyinin tükənəcəyindən olan narahatlıqların artdığı bir vaxtda səslənib.

Kameron fransalı həmkarı Katerin Kolonna ilə danışıqlarından sonra deyib ki, Britaniya və Fransa Ukraynanın ən qətiyyətli dəstəkçiləri olublar və bu dəstək lazım olduğu müddətdə davam edəcək:

"Mənim şübhəm yoxdur ki, biz Putinin məğlubiyyətini təmin edə bilərik və onun məğlubiyyəti zəruridir. Biz Ukraynaya dəstəyimizdə tam qətiyyətli olmalıyıq”.

Ağ Ev dekabrın 18-də bildirmişdi ki, Birləşmiş Ştatların Ukraynaya bu il yardım üçün yalnız bir təsdiq olunmuş paketi var.

Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçılar Ukraynaya hərbi yardımı nəzərdə tutan qanunu dəstəkləməkdən imtina edirlər.

“Bir neçə pərdəli tamaşa”

Kameron Rusiya müdaxiləsinə qarşı mübarizəni bir neçə pərdədən ibarət tamaşaya bənzədib:

"Birinci pərdədə Rusiya öz məqsədlərinə heyrətamiz şəkildə çata bilmədi. İkinci pərdədə isə uktraynalılar rusiyalıları parlaq bir şəkildə geri oturtdular...və əlbəttə ən çətini üçüncü pərdə oldu...”

Britaniyanın keçmiş baş naziri olmuş Kameron nəhayət müqayisəsini belə bitirib:

"Dördüncü pərdə hələ yazılmayıb və biz bunu düzgün bir şəkildə yazmağı bacarmalıyıq”.

Kameron və Kolonna vurğulayıblar ki, London və Paris Ukrayna və Yaxın Şərq də daxil bir çox beynəlxalq məsələlərdə eyni mövqedədirlər.

Xanım Kolonna danışıqlardan sonra deyib:

"Bizim ölkələrimiz Rusiya təcavüzünün uğur qazanmaması, Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi üçün lap əvvəldən birlikdə olublar”.

Dekabrın 30-dək

Pentaqon bildirib ki, ABŞ Ukraynaya göndərdiyi silah və sursatın yerini doldurmaq üçün yalnız dekabrın 30-dək vəsaitə malikdir.

Bloomberg vurğulayır ki, bu, Pentaqonun Ukrayna silahlı qüvvələrinə yardımın dayanması üçün dəqiq tarix göstərdiiyi ilk haldır.

Bloomberg Pentaqonun baş mühasibi Mixael MakKordun Konqresin Nümayəndələr Palatası və Senatına göndərdiyti məktubuna istinadla yazır ki, Pentaqon Ukraynaya göndərilmiş silah, sursat və texnikanın yerinin doldurulması üçün satınalmalara başlayıb.

Onun sözlərinə görə bu proses üçün lazım olan maliyyə vəsaitləri dekabrın 30-dək bitəcək:

"Elə ki, əlimizdəki vəsaitlər xərcləndi, nazirlik Ukraynanın müdafiəsi ehtiyaclarını ödəmək üçün vəsaitsiz qalacaq”.

MakKord bildirib ki, o bu məlumatların Konqresi yola gətirəcəyinə və prezident Co Baydenin Ukrayna üçün istədiyi 60 milyard dollarlıq vəsaitin təsdiqlənəcəyinə ümid edir.

XS
SM
MD
LG