Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:43

Yerevanın Bakının son bəyanatlarını sülh prosesinə 'ciddi zərbə' sayır 


Nikol Paşinyan
Nikol Paşinyan

Bakıdan son günlər səslənən bəyanatlar sülh prosesinə ciddi zərbədir. Bu bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 13-də çıxış edib. Onun sözlərinə görə, Azərbaycandan ən yüksək səviyyədə bəyanatlar əldə olunan razılaşmalara ziddir.

“İlkin təəssürat belədir ki, bu razılaşmalara baxmayaraq, Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürməyə çalışır, bu isə qəbuledilməzdir”, -- Paşinyan deyib.

Yerevan sərhədin delimitasiyası üçün 1970-ci illərin sovet hərbi xəritələrindən istifadə olunmasında israr edir. Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakı sərhədin delimitasiyası üçün belə təklifi rədd edir, çünki bu xəritələrdən istifadə olunması Ermənistana sərf edir, “məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi”.

“Yeni sərhəd yaratmağa lüzum yoxdur”

Paşinyan deyib ki, sərhədlərin demarkasiya və delimitasiyası 1991-ci il Alma-Ata deklarasiyası əsasında aparılmalıdır, yəni, yeni sərhəd yaratmağa lüzum yoxdur:

“Sərhədlərin demarkasiya prosesi sərhəd yaratmaq demək deyil, delimitasiya komissiyaları sərhəd yaratmamalıdırlar, onlar 1991-ci il Alma-Ata deklarasiyası qəbul olunan mövcud olmuş sərhədləri yenidən cızmalıdırlar”.

Prezident Əliyev 10 yanvar müsahibəsində onu da bildirib ki, “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. Onun sözlərinə görə, əks halda, "Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı Ermənistanın Sünik bölgəsindən keçməli olan yol-red) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik".

Paşinyan isə Əliyevin bu bəyanatını Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddia sayır.

“Bu söz oyunlarından çıxmaq üçün biz nə deyirik? Deyirik ki, İran İslam Respublikası Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə əlaqəni necə təmin edirsə, biz də həmin şərtlərlə bu əlaqəni həm dəmiryolu, həm də avtomobil nəqliyyatı ilə təmin etməyə hazırıq”, -- baş nazir vurğulayıb.

Nikol Paşinyan bir daha Ermənistanın mövqeyini qeyd edib: yollar və sərhədlər ölkələrin suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası prinsipləri əsasında açılmalıdır,

8 kəndin məsələsi

Əliyev müsahibəsində anklavlar məsələsinə də toxunmuş, Ermənistandan “işğal altında olan səkkiz kəndi” qaytarmağı tələb etmişdi. O, kəndlər məsələsinin Ermənistanla daim müzakirə olunduğunu söyləyib.

Paşinyan deyir ki, Ermənistan da “həyati əhəmiyyətli" əraziləri Azərbaycanın nəzarətində olan kəndlərin məsələsini qaldırır:

“De-yure Azərbaycana aid olan ərazilərdən Ermənistan çıxmalı, de-yure Ermənistana məxsus olan əraziləri isə Azərbaycan tərk etməlidir. Ancaq bunu qarşılıqlı razılaşdırılmış xəritələrsiz reallaşdırmq praktik mümkün deyil. Axı, bu ərazinin Ermənistan, yaxud Azərbaycan ərazisi olduğunu necə müəyyənləşdirə bilərik? Bunu etməyin bir yolu siyasi baxımdan 1991-ci il Alma-Ata deklarasiyasına istinad etməkdir”, -- Paşinyan vurğulayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG