Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

Navalnının dəfni martın 1-də Moskvada olacaq


Aleksey Navalnı üçün ölü duası oxunmasının martın 1-də Moskvanın cənubunda, Borisovskoye qəbirstanlığının yaxınlığındakı müqəddəs Məryəmin ikonası kilsəsində keçirilməsinin planlaşdırıldığı xəbər verilir.

Siyasətçi Moskvanın bu rayonunda yaşayırdı. Dəfn mərasimi elə həmin gün Borisovskoye qəbirstanlığında olmalıdır.

Bu barədə məlumatı Navalnının keçmiş mətbuat katibi Kira Yarmış verib.

Əsası Navalnı tərəfindn qoyulmuş Antikorrupsiya Fondunun (AF) direktoru İvan Jdanov deyib ki, bundan əvvəl dəfn mərasiminin fevralın 29-da keçirilməsi planlaşdırılmışdı:

"Çox tez məlum oldu ki, 29 fevral tarixi üçün bircə qəbirqazan da yoxdur. Ayın 1-də olardı, 28-də də olardı, amma bax, 29-da qəbir qazıla bilməzdi”.

“Navalnı ilə vidalaşma günü Putinin müraciəti kimə lazımdır?”

Jdanov bunu onunla əlaqələndirib ki, fevralın 29-da prezident Vladimir Putin Federasiya Şurasına müraciət etməlidir:

"Kremldə anlayırlar ki, Alekseylə vidalaşma günü Putin öz müraciəti ilə kimsəyə maraqlı olmayacaq”.

AF direktorunun sözlərinə görə martın 1-də ölü duasından əvvəl vidalaşma da planlaşdırılmışdı, amma zalı icarəyə götürmək mümkün olmayıb:

"Nə isə... Əclaflar. Gün vermədilər. Zal vermədilər... Onsuz da hamı Alekseylə vidalaşacaq”.

Bundan əvvəl Navalnının yoldaşları bildirmişdilər ki, onunla vidalaşma üçün Moskvada zal tapa bilmirlər. Kira Yarmış demişdi:

"Biz özəl və dövlət mərasim agentliklərinin, kommersiya meydançalarının və dəfn zallarının əksəriyyətinə zəng etmişik. Bəziləri deyirlər ki, zallar tutulub. Bəziləri “Navalnı” soyadını eşidən kimi zal verməkdən imtina edirlər. Bir yerdə isə bizə birbaşa dedilər ki, mərasim agentliklərinə bizə xidmət göstərmək qadağan olunub”.

Bundan əvvəl

Aleksey Navalnının nəşini anası Lyudmila Navalnayaya onun koloniyada müəmmalı ölümündən iki həftə sonra, fevralın 24-də vermişdilər.

Navalnaya bildirirdi ki, İstintaq Komitəsində ona şərt qoyublar: Ya o, oğlunun heç bir vidalaşmasız məxfi dəfninə razılaşır, ya da onu koloniyanın ərazisində basdıracaqlar.

Aleksey Navalnı fevralın 16-da Arktikadakı “Polyarnıy volk” (Qütb canavarı) adı ilə tanınan xüsusi rejimli koloniyada ölüb.

Ölüm şəhadətnaməsində onun “təbii səbəblərdən” öldüyünü yazıblar.

Navalnı ölümündən əvvəl artıq 27-ci dəfə cərimə kamerasına salınmışdı.

Müxalifətçinin dul xanımı ərinin mübarizəsini davam etdirəcəyini bildirib.

XS
SM
MD
LG