Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:53

Lavrov Ermənistanı 'nankor' adlandırıb və 'son seçim' etməyə çağırıb


Almaniyalı şərhçi: 'Berlin Bakı və Yerevan arasında yaxşı vasitəçi ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Almaniyalı şərhçi: 'Berlin Bakı və Yerevan arasında yaxşı vasitəçi ola bilər'

Əgər Yerevan Moskvadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq kursunu bundan sonra da davam etdirərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə “yenidən baxmalı” olacaq.

Bunu ötən həftəsonu Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq diplomatiya forumunun ardınca keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Ermənistan rəhbərliyinin getdikcə kəskinləşən tənqidlərini rədd edib və deyib ki, Ermənistan hökuməti ölkənin istiqamətini “dünyada heç kimə xeyir gətirməyən düşmənlərə” sarı reoriyentasiya edib:

“Ermənistanda nədənsə hesab edirlər ki, öz həyatlarını yaxın qonşularla və tarixən sənin xalqınla həmrəy xalqlarla yox, sənin dostlarınla düşmənçilik edən ölkələrlə qurmaq lazımdır”.

Sergey Lavrov Ermənistan rəhbərliyini Kollektiv Təhlükəszlik Müqaviləsi Təşkilatında (KTMT) “dondurulmuş üzvlüyü” və Avrasiya İqtisadi İttifaqında iştirakı məsələsində “son seçim” etməyə çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Lavrov Yerervanı 6 həftəlik müharibəni dayandırmış Rusiyaya münasibətdə nankorluqda ittiham edib. Lavrov bildirib ki, məğlubiyyət üçün məsuliyyəti Yerevanın özü daşıyır:

“Müharibə daha tez, azərbaycanlılar hələ Şuşanı götürmzədən əvvəl dayandırıla bilərdi. Amma Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin təklifinə cavab olaraq deyib ki, “biz sonadək vuruşacağıq”.

Rusiya xaric işlər naziri eyni şəkildə Yerevanın KTMT barədə tənqidlərini də rədd edib. O deyib ki, 2022-ci ildə KTMT-nin “müşahidəçilər missiyası” göndərilməsini nəzərdə tutan razılaşmasına məhz Paşinyan veto qoyub.

Mirzoyanın vaxtı olmayıb?

Rusiyanın Kommersant qəzeti yazır ki, Lavrov Rusiya-Ermənistan münasibətlərində “yeni reallığın” başlandığını etiraf edib.

Moskva bundan əvvəl Yerevanla münasibətlərini açıq müstəvidə müzakirə etməkdən çəkinməyə çalışırdı.

Qəzet vurğulayır ki, Antalya forumunun iştirakçılarından biri də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan idi. O bu forumun əsnasında Türkiyə xarici işlər naziri Hakan Fidanla və Britaniya xarici işlər nazirinin müavini Leo Dokerti ilə görüşsə də, belə tədbirlərdə ənənəvi olaraq həm Azərbaycan, həm də Ermənstsanın nümayəndələri ilə görüşən Sergey Lavrovla danışıqlar üçün “vaxt tapmayıb”. Lavrov bu dəfə yalnız Azərbaycan xarici işlər nazirli Ceyhun Bayramovla görüşə bilib.

Kommersant yazır ki, əslində Mirzoyanla heç bir görüş planlaşdırılmamışdı, hərçənd bu, Moskva və Yerevan arasında gərginliyi bir qədər səngidə bilərdi.

Diplomatik formullardan istifadə etməyib

Qəzetin yazdığına görə Sergey Lavrov görünür, bu səbəbdən Ermənistanla münasibətlər barədə geniş və açıq danışıb, “yayğın diplomatik” formullardan istifadə etməyə çalışmayıb. Əslində bəzi kəskin qiymətləndirmələr Rusiya xarici siyasət idarəsi rəhbərinin dilindən ilk dəfə səslənib.

Məqalədə deyilir ki, Lavrov Yerevanı son seçim etməyə çağırsa da, Yerevan artıq bu seçimi etmiş kimi görünür və bu son seçimdə Moskvanın əvvəlki rolu yoxdur.

Yerevanda SSRİ-nin dağılmasından dərhal sonra Ermənistanın Rusiyanın yanında yer almasını “strateji səhv” adlandırırlar. Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edir ki, onun təhlükəsizlik sahəsində əsas və strateji müttəfiqi Rusiya yox, Qərb olmalıdır.

Lavrov “praktik addımlarla” hədələyib

Lavrov çıxışında bu məqama da toxunub:

“Ermənistanın 1991-ci ildən Rusiya ilə münasibətlərdə səhv kurs götürdüyünü söyləmək üçün, yumşaq desək, cəsarət lazımdır”.

Nazir deyib ki, Moskva Rusiya-Ermənistan münasibətlərində bir çox məsələlərə yenidən baxmalı olacaq:

“Ermənistan rəhbərliyinin dilindən gündəlik qaydada səslənən bu bəyanatlar reallıqda nəyin baş verdiyi və bunları praktik addımlarımızda necə nəzərə almalı olduğumuz barədə düşünməyə vadar edir”.

Lavrov bildirib ki, Qərb Ermənistanla münasibətlərinin məqsədini gizlətmir:

“Onlar Yerevana bütün bəlalardan xilas vəd edirlər, təki Ermənistan Rusiya ilə və ümumi regionumuzda yaradılmış inteqrasiya strukturları ilə əlaqələrini qırsın. Qərb bunu gizlətmir. Qərbin Mərkəzi Asiya ölkələri, Ermənistan və bütün postsovet məkanı dövlətləri ilə münasibətlərində əsas məqsədi budur”.

Azatutyun yazır ki, Lavrovun Antalyada etdiyi bu çıxışdan az əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Rusiyadan güclü asılılığını “strateji səhv” adlandırmışdı:

“Bütün istiqamətlərdə - siyasi, hərbi-siyasi, elmi istiqamətlərdə Ermənistan Rusiyadan böyük asılılıqda idi. Bu bizim ümumi təhlükəsizliyimizin bir hissəsi idi. 2020-vci ildə biz gördük ki, bu sistem işləmir və biz təhlükəsizliyin təminatı üçün alternativ tapmaq məqsədilə addımlar atmağa başladıq”.

Qriqoryanın sözlərinə görə bu təhlükəsizlik sistemi təkcə Ermənistanla münasibətlərdə deyil, çoxtərəfli formatda – KTMT formatında da işləməyib. O deyib ki, Rusiya Ermənistana kömək etməmək barədə qərar qəbul etdikdən sonra isə bu sistem tamamilə çöküb.

Qriqoryan: “Bu Yerevanın yox, Moskvanın seçimidir”

Qriqoryan bildirib ki, bu sistemin tam çöküşü ikinci Qarabağ müharibəsi zamanı üzə çıxıb:

“2020-ci ildə Ermənistanın hərbi-texniki sahədə əməkdaşlığının 96 faizi Rusiyanın payına düşürdü. 2021-ci ilin yanvarından Ermənistan müxtəlif ölkələrlə milyardlarla dollarlıq müqavilələr imzalayıb. Bu müqavilələrdə Rusiyanın payı 10 faizdən də azdır”.

Qriqoryan bəyan edib ki, məhz bu Rusiyanın öz seçimi olub.

Qriqoryan deyib ki, hazırda Yerevanda əsas təhlükəsizlik partnyoru kimi Fransanı görürlər:

“Fransa təhlükəsizlyimizin təminatı sahəsində əsas əhəmiyyətə sahibdir. Fransa bizə yüksək keyfiyyətli silahlar verir. Bu məsələ məxfiliyi sevir və mən heç də hər şeyi açıq deyə bilmirəm”.

Qriqroyan deyib ki, Rusiya Ermənistana investisiyalar qoymamaq qərarına gəlib və nəticədə Ermənistanın partnyorları arasında Birləşmiş Ərəb Əmirliklərindən və Lüksemburqdan sonra üçüncü yeri tutub.

Ötən həftəsonunda Ermənistan parlamentinin spikeri Alen Simonyan da hay-küylü bəyanat verib. O iddia edib ki, Ermənistanı Rusiya-Belarus vahid dövlətinə daxil etmək istəyiblər. Simonyanın sözlərinə görə bu plan 2021-ci ilin parlament seçkiləri nəticəsində Nikol Paşinyanın hakimiyyətdə qalması ilə iflasa uğrayıb.

Simonyan bu informasiyanın mənbələri barədə təfərrüatlara varmayıb.

'Ermənilər geri qayıtmasa, qisasçılıq artacaq' - Ermənilərin Qarabağa dönüşü təklifləri #İzahla
Gözlə

No media source currently available

0:00 0:13:56 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG