Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:26

Üzeyir bəy Hacıbəyli. Üçüncü dəllək


Bizim Qarabağda cürbәcür dәllәklәr var. Bunların içindә elәsi var ki, hәm sәnin başını qırxar, hәm hansı dişini desәn çәkәr, hәm boynunun ardına zәli qoyar, hәm istәsәn oğlunu sünnәt elәr. Amma adekalon-madekalon bilmәz vә o cürә murdar şeyә heç әlini dә vurmaz. Bainhәmә, üstündәn bәrk "әtir" iyi gәlәr ki ona quyruq yağı deyirlәr.

Elәsi var ki, mәsәlәn, bu gün yaxşı urusu baş vurar, bığlarını da ha tәrәfә desәn, o tәrәfә eşәr vә bir az-maz da urus dili bilәr. Stolunun üstündә dә hәmişә cürbәcür içi su ilә dolu adekolon şüşәlәri olar, güzgüsü dә adamı xortdana oxşadar.

Elәsi dә var ki (yox, qoyun bunu ayrı cürә deyim).

Әzizim oxucu, ağlında bir adam fәrz elә, qoy bu adamın bir ayağında qaloş olsun, bir ayağında başmaq. Әynindә çuxası olmasın, onun әvәzindә tәk bircә arxalıq olsun ki, onun parçasını vә rәngini tanımaq üçün gәrәk әlinә bir bıçaq alıb dörd gün çirkini qazıyasan. Belindә bir qayış olsun vә qayışın ucu da böyürdәn sallansın, çiynindә bir mәhrәba asılsın vә mәhrәba da gәrәk qab dәsmalına oxşasın. Belindәki qayışa ülgüc formunda iti bir bıçaq sancılsın vә o bıçaqla da qarpız kәsildiyi mәlum olsun. Onda bu adam olar haman mәn dediyim dәllәk.

Bu dәllәklәrin dükanı olmaz, bunlar günlәrini elә bazarda keçirәrlәr vә özlәri dә hәmişә kәndli-mәndlilәri qırxarlar, onda çox fәnd elәyәrlәr. Mәsәlәn, görürsәn ki, bir kәndli yayın isti günü bazara meyvә gәtirib satıbdır vә özü dә aşpazdan iki şiş lülәkabab alıb günorta üstü bir sәrin yerә çәkilib dürmәklәyir vә öz-özünә dә fikir elәyir ki, görәsәn, baqqal onu allatmadı ki, evdә arvad nә tapşırmışdı vә sairә. Bu vaxt kәndli hiss elәr ki, başı gicişir, әlini atar ki, qaşısın, bir adam deyәr ki,: "Yavaş, tәrpәnmә, ülgüc başını kәsәr". Kәndli dik ajar üstә sıçrar vә görәr ki, nә? Haman bayaq yazdığım dәllәk onun başını bir xeyli qırxıbdır vә özü dә mәzәmmәt elәyir ki, әşi, uşaq-nәbalıq deyilsәn ki, düz otura bilmirsәn?! Odur, tәrpәndin, ülgüc dә bir az başını cızdı.... Sonra bilmirәm bunların sövdası necә olar, ancaq onu bilirәm ki, kәndli evinә qayıdan zaman başını iki dәsmalla bağlanmış qayıdar.

Bu söhbәti salmaqdan mәqsәdim o idi ki, bunu deyim ki, görәsәn, bu Yevropa hökumәtlәri ki, belә gәlib müsәlman hökumәtlәrinin dinmәzcә başlarını qırxırlar ki, heç kәs dә onlara bir söz demir, Qarabağın hansı dәllәklәrinә oxşayırlar? Mәnim ağlım kәsir ki, bizim bu bazar dәllәklәrinә çox oxşayırlar. Neyçün?

Ondan ötrü ki, mәsәlәn, indi götürәk bu gün İranı. Hamınıza mәlumdur ki, indiyә kimn İranın başını iki nәfәr "dәllәk" qırxmaqdadır ki, onlardan birisi ingilis, o birisini dә ki, (qoy yavaş deyim eşitmәsin!) özünüz tanıyırsınız.

İndi dә demirsinizmi ki, bu yandan üçüncü "dәllәk" çıxıbdır. Bu da ki, neçә ildәn bәridir ki, Osmanlının başını qırxan vә çox vaxt da "bilmәyib" qulağını kәsәn Germaniyadır. Deyir indi İranın başını mәn dә qırxacağam! O birilәr deyirlәr: Ay balam, axı neçә ildir ki, elә hazır bu kişinin başını biz qırxırıq. Almaniya: Bu kişinin başını podrata götürmәmisiniz ha, mәn dә qırxacağam!

Qәrәz, mәn onu deyirәm ki, İran görsün başına bir tәhәr çәkә bilәrmi, yoxsa bir dә görәrsәn ki, dördüncü "dәllәk" çıxdı, onda bir gün olar ki, İranı da Fas sultanının gününә salıb, giliz qoyarlar.
XS
SM
MD
LG