Keçid linkləri

2025, 06 Aprel, bazar, Bakı vaxtı 10:05

Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad etdi


Rəsul Quliyev iqtidarla danışıqların əleyhinədir
Rəsul Quliyev iqtidarla danışıqların əleyhinədir

Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev fevralın 10-da imzaladığı sərəncamla Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad edib. Rəsul Quliyev onu son zamanlar partiyada yaranmış vəziyyəti gərginləşdirməkdə, sədrin tapşırıqlarını pozmaqda ittiham edib.


Sərdar Cəlaloğlu isə Rəsul Quliyevin imzaladığı sərəncamı partiya nizamnaməsinə zidd sayır:


«Sərəncamın özü nizamnaməyə ziddir, çünki, yanvarın 27-də Ali Məclisin iclasında Demokrat Partiyasının bütün strukturları buraxılıb. Nə Rəsul Quliyev sədrdir, nə mən müavinəm, partiyada nə idarə heyəti var, nə də məclis».


Müxalifətdə olan ADP-nin Təşkilat Komitəsi yanvarın 27-də hökumətlə danışıqlara başlamaq barədə qərar qəbul etmişdi.


Partiyanın sədri Rəsul Quliyev isə rəhbərlik etdiyi təşkilatın hökumətlə danışıqlara başlamasını nəzərdə tutan qərarının əleyhinədir.


XS
SM
MD
LG