Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

«Hacı Məmmədov Məhərrəm Əliyevə başağrısı ola bilər»


«Üç həftədir ki, Məhərrəm Əliyevlə bağlı mövqe müəyyənləşməyib»
«Üç həftədir ki, Məhərrəm Əliyevlə bağlı mövqe müəyyənləşməyib»

«Yeni Müsavat» qəzetindəki «Hacı Məmmədov Məhərrəm Əliyevə başağrısı ola bilər» başlıqlı məqalədə bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) sabiq rəisi Məhərrəm Əliyevin müəmmalı istefası ilə bağlı söz-söhbətlər səngimək bilmir. Bu məsələnin ictimaiyyətin diqqət mərkəzində olmasının əsas səbəbi isə Əliyevin tutduğu postdan getməsinin ağlabatan şəkildə əsaslandırılmaması ilə bağlıdır. Qəzet yazır ki, söhbət ondan gedir ki, BŞBPİ-nin sabiq rəisi istefasının digər işə keçməsilə əlaqədar olduğunu deyib. Lakin üç həftədir ki, Məhərrəm Əliyevlə bağlı mövqe müəyyənləşməyib. Onun hansı vəzifəyə təyin olunacağı ilə bağlı isə heç bir məlumat almaq mümkün deyil. «Yeni Müsavat» yazır ki, belə informasiyalara rast gəlinir ki, sabiq polis rəisi özünün xahişilə hansısa ölkəyə səfir göndərilə bilər. Bəllidir ki, bu və ya digər şəkildə «vurulmuş» məmurları soyuq ölkələrdən birinə səfir göndərərək onu ölkədən bir növ «sürgün» edirlər. Mövcud hakimiyyət dövründə xeyli sayda «arzuolunmaz» şəxsin məhz məmləkətdən kənarda saxlanılması üçün səfir göndərilməsi nümunələri var. Qəzetin iddiasına görə, hakimiyyət onları hansısa xidmətlərinə, yaxud kimlərləsə yaxınlığına görə, həbsxanaya sala bilmir və ölkədəki ictimai-siyasi proseslərdən kənarda saxlamaq üçün «səfir cəzası»na məhkum edir.


«Yeni Müsavat»ın iddiasına görə, M.Əliyev istefa verəndən sonra BŞBPİ-də aparılan yoxlamalar zamanı Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməkdaşı, adam oğurluğu və qətllərə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun cinayətlərinə dair şəhər polisinin gördüyü işlərin arxiv sənədlərinə baxış keçirilir. Bu isə paytaxt polisinin sabiq şefinin başağrısına çevrilə bilər.


«Daha bir jurnalistin həbs xəbəri yayıldı. MTN-in Rövşən Novruzoğlunu həbs etdiyi bildirilir». «Alma» qəzetinin yazdığına görə, mətbuatda politoloji araşdırmalarla çıxış edən Rövşən Novruzoğlu iyulun 13-də, gecə saatlarında Milli Təhlükəsizilik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən evində həbs olunub. Məlumatı dəqiqləşdirmək üçün qəzet əməkdaşları Novruzoğlunun mobil telefonuna zəng açsa da, nömrəyə zəng çatmadığı məlum olub. Politoloq- jurnalistin evinə edilmiş zənglər də cavabsız qalıb. «Alma» yazır ki, xəbər redaksiyaya gec daxil olduğundan MTN-in mövqeyini öyrənmək mümkün olmayıb.


XS
SM
MD
LG