O, üç namizəd arasından seçilib.
Milli seçim turunun final mərhələsi fevralın 2-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilib.
Tədbirdə «Eurovision-2003»ün qalibi Sertab Erener, «Eurovision-2004»ün qalibi Ruslana və «Eurovision-2007»nin qalibi Mariya Şerifoviç də iştirak ediblər.
53-cü «Eurovision» mahnı müsabiqəsi 2008-ci ilin mayında Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunacaq.