Ayşe Kara ötən il çap edilən "Lâl" romanına görə - TÜRKİYƏ Yazarlar Birliyinin mükafatına layiq görülüb.
Qurum 20-dən çox nominasiyada ‘’2010 Yılı Yazar, Fikir Adamı ve Sanatçıları Ödülleri’’ni təqdim edib.
Romanın baş qəhrəmanı Nərgiz iki uşağı ilə birgə uzun illər itkin ərini gözləyir. Və... günlərin bir günü öz qohumu Fuadla rastlaşır. Onlar arasında çılğın bir məhəbbət yaşanır...
"Şeir" nominasiyasında mükafata ‘Gerekli Açıklama’ kitabı ilə Hayriye Ünal layiq görülüb.
Mükafatlandırma mərasimində çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalar və nəşriyyatlar idarəsinin rəhbəri Prof. Dr. Onur Bilge Kula deyib ki, keçən il ölkədə 570 roman yayınlanıb və bu sevindirici haldır.
O bildirib ki, ölkədə daha çox yazan insanın olmasını arzulayırlar. Çünki "Hər yazılı məhsul ortaya çıxandan sonra yaradıldığı mədəniyyətin və dilin daşıyıcısı olur. Bu da bir milləti tarixdə qalıcı hala gətirən yollardan biridir".
Kula 570 romanın çoxunun gənc yazarlar tərəfindən yazıldığını və bunun gələcəkdə daha çox əsərin ortaya çıxacağı anlamına gəldiyini deyib.
Kulanın sözlərinə görə, onlar sorğular keçirməklə Türkiyənin mütaliə xəritəsini hazırlayıblar. Məlum olub ki, Türkiyədə adambaşına ildə 7,2 kitab oxunur.
Onun bildirdiyinə görə, bu rəqəm Türkiyədə ildən-ilə daha çox kitab oxunduğunu göstərsə də, başqa ölkələrlə müqayisə edildikdə bu sahədə hələ görüləsi işlərin olduğu bəlli olur.
Kula Türkiyədə ən çox bədii əsərlərin oxunduğunu, daha sonra din, tarix, təhsil sahəsinə aid kitabların gəldiyini deyib.
Xəritəyə görə, Türkiyədə ən çox kitab oxuyan vilayətlər Ərzurum və Ərzincandır.
Orxan Pamukun Nobel mükafatı almasının türk ədəbiyyatının dünyada tanınmasında böyük rolu olduğuna işarə edən Kula türk yazarlarının əsərlərinin 50 ölkədə 42 dildə yayınlandığını bildirib.
http://www.yeniasya.com.tr/haber_detay2.asp?id=9343