Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 23:21

Abbas Lisaniyə 8 il həbs, 2 il sürgün cəzası verilib


A.Lisani
A.Lisani

İrandakı azərbaycanlı milli fəal Abbas Lisani 8 il azadlıqdan məhrum edilməklə yanaşı, 2 il sürgün cəzası alıb. Bunu AzadlıqRadiosuna onun ailəsindən bildiriblər.

Məhkəmə iyulun 8-də keçirilib. Ərdəbil İnqilab Məhkəməsi onun uzunmüddətli həbsi ilə yanaşı, ailəsi ilə birgə ikiillik Yəzdə sürgün edilməsi haqda qərar verib.

Ailə həbsin səbəbləri haqda danışmayıb. GünazTV yazır ki, Ərdəbil prokurorluğu milli fəala qarşı ağır ittihamlar irəli sürüb. O, Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, qanunsuz qrup yaratmaq və sistem əleyhinə təbliğat aparmaqda suçlanır.

A.Lisani ötən ilin iyulunda Babək qalasına yürüşdən sonra saxlanılmış, 10 ay azadlıqdan məhrum edilmişdi. O, hər il keçirilən Babək qalasına yürüş və milli fəal Həsən ağa Dəmirçinin dəfnində etdiyi çıxışları zamanı İran İslam Respublikasının əleyhinə çıxmaqda ittiham olunur.

Həbsini qanunsuz hesab edən Lisani həbsxanada bir müddət aclıq aksiyası keçirmişdi.

Ötən il Babək qalasına yürüş zamanı onlarla insanın saxlanıldığı, az sonra əksəriyyətinin azadlığa çıxdığı deyilir. Onlardan iki nəfər - İbrahim NuriCəfər Rüstəmi haqqında hökm verilib. İ.Nuri 18 ay, C.Rüstəmi 6 ay həbs cəzasına məhkum ediliblər. İbrahim həbsdən sonra İranın ucqar şəhərlərindən birinə 2 il sürgün olunacaq. Həm də hər iki məhkum ictimai-siyasi qruplara üzv olmaq, mediada çıxış etmək hüququndan məhrum ediliblər.

İran rəsmiləri inkar etsələr də, bu ölkə insan haqlarının ən çox və kobud şəkildə pozulmasına görə tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.

XS
SM
MD
LG