Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

COVID və maska rejimi ABŞ xəstəxanalarına qayıdır?


ABŞ-ın ən azı dörd ştatının xəstəxanalarında icbari maska rejimi tətbiq edilib.

Reuters yazır ki, bu, COVID, mövsümi qrip və başqa tənəffüs yolları xəstəliklərinə yoluxmaların kəskin artımı ilə bağlıdır.

Xəbərdə deyilir ki, Nyu York, Kaliforniya, İllinoys və Massaçussets ştatlarının bütün səhiyyə müəssisələrində pasientlər və tibbi heyət üçün icbari maska rejimi tətbiq edilir.

Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin son həftəlik məlumatında deyilir ki, dekabrın 17-si və 23-ü arasında ABŞ boyunca xəstəxanalara COVİD-ə yoluxmuş 29 min xəstə qəbul edilib.

Mərkəzin rəsmi məlumatına görə elə həmin dövr ərzində xəstəxanalara 14 min 700 qripli xəstə gətirilib.

Siyasi məsələyə çevrilmişdi

Reuters yazır ki, məcburi maska rejimi pandemiya dövründə ABŞ-da siyasi-mədəni gərginlik məsələsinə çevrilmiş və tibii məsləhətlərə məhəl qoymayanların qəzəbinə səbəb olmuşdu.

Xəbərdə deyilir ki, o vaxt mühafizəkarların çoxluğa malik olduqları ABŞ Ali Məhkəməsi prezident Co Baydenin şirkətlər üçün “vaksin ya da test” sərəncamını ləğv etmişdi.

Baydenin ictimai nəqliyyatda məcburi maska rejimi isə ondan əvvəlki prezidentin təyin etdiyi hakim tərəfindən rədd edilmişdi.

Məcburi maska rejiminə riayət edənlər də əsəbi idilər, çünki onların fikrincə maska taxmayanlar onlar üçün yoluxma təhlükəsi yaradırdılar.

1.1 milyon amerikalı

Mərkəzin məlumatına görə COVİD-ə yoluxma nəticəsində 1.1 milyon amerikalı həyatını itirib. Bu, zəngin ölkələr arasında ən pis göstərici idi.

Çikaqodakı Raş Universitetinin (Rush University) tibbi sistemi bildirib ki, pasientlərdən, onlara baş çəkməyə gələnlərdən və tibbi heyətdən müəssisənin bir sıra məkanlarında maska taxılması tələb olunur.

Massaçussets ştatındakı Berkşir Səhiyyə Sistemi də icbari maska rejimi elan edib.

Kaliforniyadakı Los Anceles prefekturası bütün tibb müəssisələrində maska taxılmasına sərəncam verib.

XS
SM
MD
LG