Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 00:26

İki həftəyə beş jurnalistin həbsini media qurumları belə yozur…


'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Sevinc Vaqifqızı ittihamları saxta sayır: Beynəlxalq reaksiya

Azərbaycanda jurnalist həbsləri davam edir. Son iki həftə ərzində beş jurnalist həbs olunub. Sonuncu belə hal dekabrın 2-də baş verib. "Kanal 13" internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə inzibati qaydada həbs olunub. R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham olunub.

Ondan əvvəl isə "Kanal 13"ün rəhbəri Əziz Orucov, AbzasMedia internet nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və jurnalisti Nərgiz Absalamova həbs edilib. Ə.Orucov torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqda, digərləri isə qaçaqmalçılıqda günahlandırılır. Onların hər biri ittihamı qəbul etməyib.

M.Ələsgərli
M.Ələsgərli

"İstənilən halda kiminsə məhbəsə salınması…"

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Turan"a deyib ki, AbzasMedia və "Kanal 13" redaksiyalarında çalışan altı şəxsin (ictimai fəal Məhəmməd Kekalov da qaçaqmalçılıq ittihamı ilə həbs olunub) qısa zaman kəsiyində saxlanılaraq istintaqa cəlb edilmələri xoş olmayan mənzərə yaradır: "İstənilən halda kiminsə məhbəsə salınması ağır məsələdir və təəssüf hissi yaradır. Arzu edirəm ki, irəli sürülmüş ittihamlar öz təsdiqini tapmasın və saxlanılan şəxslər azadlığa çıxsınlar".

Lakin bununla belə, o hesab edir ki, AbzasMedia və "Kanal 13" ətrafında baş verənləri birmənalı dəyərləndirmək çətindir: "Problem ondadır ki, Azərbaycan hüquq-mühafizə orqanlarının AbzasMedia və "Kanal 13"ün rəhbərləri ətrafında başlatdıqları istintaq prosesi özlüyündə media hadisəsi deyil. Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqovanın açıqlamalarından belə görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, yəni qaçaqmalçılıq işində şübhəli bilinir. Qaçaqmalçılıq da heç bir halda media hadisəsi sayılmır. Yaxud, "Kanal 13"ün rəhbəri Əziz Orucov sənədsiz tikililər məsələsi üzrə təqsirli bilinir".

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

""Qrant haqqında" Qanuna əsasən…"

Ələsgərli bildirib ki, ictimailəşdirilmiş məlumatlara görə, AbzasMedia-nın rəhbərləri onlarla xarici təşkilatdan qrant vəsaitləri alıblar, amma həmin vəsaitləri rəsmi qeydiyyatdan keçirməyiblər: ""Qrant haqqında" Qanuna əsasən, istənilən qurum aldığı qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir. AbzasMedia-nın həmin qrant vəsaitlərini alıb-almadığını, qeydiyyatdan keçirib-keçirmədiyini təsdiqləmək üçün əlimizdə fakt yoxdur".

Onun fikrincə, problem bununla da yekunlaşmır: "Belə görünür ki, AbzasMedia və "Kanal 13" kütləvi informasiya vasitələri subyekti qismində "Media haqqında" Qanunun tələblərinə də əməl etməyiblər - Media Reyestrindən keçməyiblər. Kimsə deyə bilər ki, AbzasMedia "Media haqqında" Qanunu qəbul etmir. "Media haqqında" Qanunu bəyənməyən başqa şəxslər də vardır. Amma bu, qanundankənar fəaliyyət üçün əsas vermir. Məsələn, "Turan" agentliyinin rəhbərliyinin də "Media haqqında" Qanuna münasibəti neqativdir. Amma mövcud qanun qüvvədə olduğu üçün Media Reyestrində qeydiyyatdan keçib".

A.Əliyev
A.Əliyev

"Bu həbslərin arxasında sırf siyasi proseslər dayanır"

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, bu həbslərin arxasında sırf siyasi proseslər dayanır. O, AzadlıqRadiosuna bildirib ki, söhbət burada hətta daha fərqli proseslərdən gedir: "Niyəsə Azərbaycan hökuməti belə qərara gəlib ki, xarici ölkələrlə Azərbaycanın münasibətlərində yaranmış problemin kölgəsini beynəlxalq dəstəyə malik olan kütləvi informasiya vasitələri üzərinə salsınlar".

Onun sözlərinə görə, əgər Azərbaycan hökumətinin müəyyən şübhələri, müəyyən əsasları varsa, araşdırmanı aparsın: "Amma bunu jurnalistlərə qarşı həbs-qətimkan tədbiri seçmədən də etmək mümkündür... AbzasMedia-nın əməkdaşı Sevinc Vaqifqızı istintaqdan yayınmaq istəsəydi, o, heç ölkəyə qayıtmazdı. Amma o öz ayağı ilə durub gəlib. Bilirdi ki, bu onun üçün təhlükəlidir".

XS
SM
MD
LG