Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:25

ABŞ Rusiyada konsulluq xidmətlərini dayandırır


Moskvada ABŞ səfirliyi
Moskvada ABŞ səfirliyi

Rusiyanın səfiri Anatoli Antonov ABŞ-a iyunun 20-də, ABŞ səfiri isə Sallivan isə Moskvaya iyunun 24-də qayıdıb

Birləşmiş Ştatların Moskvadakı səfirliyi avqustun 1-dən personal çatışmazlığı səbəbindən konsulluq xidmətləri göstərə bilməyəcək. Bu haqda “Dojd” televiziyasına Rusiyadakı səfir Con Sallivan məlumat verib.

Onun sözlərinə görə, əməkdaşların azlığı konsulluq xidmətlərinə “vizaların verilməsi ilə bağlı hətta bir neçə ərizənin üzərində işləməyə belə imkan verməyəcək”.

“Bu təkcə ABŞ-Rusiya münasibətləri baxımından əngəl deyil. Bunun ailələrə şəxsi xarakterli, həm Amerika, həm də Rusiya müəssisələrinə kommersiya baxımından ciddi fəsadları olacaq”, – Sallivan vurğulayıb.

2017-ci iləcən ABŞ-ın Rusiyadakı diplomatik missiyalarında mindən artıq rusiyalı işləyirdi. Amma iki ölkənin münasibətləri pisləşəni bu rəqəm xeyli azalıb.

Səfirlər qayıtsa da...

Rusiyanın səfiri Anatoli Antonov ABŞ-a iyunun 20-də, ABŞ səfiri isə Sallivan isə Moskvaya iyunun 24-də qayıdıb.

İyunun 16-da Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan həmkarı Co Baydenlə Cenevrə görüşü zamanı səfirlərin dönüşü haqda razılığa gəliblər. Elçilər bir neçə aydı öz ölkələrində idilər.

Martda Bayden Putinin “qatil” olmasına inandığını deyəndən sonra Antonov Moskvaya çağırılıb. Bundan bir ay sonra Sallivan “yeni administrasiya üzvləri ilə məsləhətləşmələr üçün” ABŞ-a gedib.

ABŞ səfirliyi aprelin sonunda elan elədi ki, mayın 12-dən qeyri-immiqrasiya vizalarının verilməsi də dayandırılır. Moskva bundan öncə “ABŞ-ın Rusiyadakı təmsilçiliyinə əcnəbi vətəndaşların istənilən formada işə götürülməsini yasaqlamaq niyyətini” açıqlamışdı.

Mayın 14-də ABŞ səfirliyi Rusiya hakimiyyətinin əcnəbi vətəndaşların işə götürülməsini qadağan etmək planı haqda açıqlama yaydı.

Qarşılıqlı addımlar

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 10 amerikalı diplomatın ölkədən çıxarıldığını açıqlamışdı. Səkkiz yüksək vəzifəli rəsminin Rusiyaya girişinə isə qadağa qoyuldu. Rusiya bu addımı ABŞ-ın kiberhücumlara görə sanksiyalarına cavab olaraq atıb.

Birləşmiş Ştatlar Rusiyanın “xarici siyasətdə ziyanlı fəaliyyət”inin özünün milli təhlükəsizliyi və iqtisadiyyatına “aşırı təhdid” yaratdığını deyir.

Sanksiyalar Rusiya prezident administrasiyası başçısının müavini Aleksey Qromovu, biznesmen Yevgeni Priqojinə bağlı şəxs və şirkətləri, cəmi 32 fiziki və hüquqi şəxsi əhatələyirdi.

Birləşmiş Ştatlar da Vaşinqtondakı konsulluqda çalışan 10 rusiyalı diplomatın qovulması haqda qərar verdi.

XS
SM
MD
LG