Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

Alen Simonyan iddia edib ki, dinc əhali arasında itkilər var


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Bununla belə Simonyanın bəyanatında həlak olanlar barədə konkret məlumat verilmir

Azərbaycan Silahlı Qüvvələrinin intensiv hücumları nəticəsində Ermənistan tərəfindən dinc əhali arasında da itkilər var.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu sentyabrın 14-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan beynəlxalq partnyorlrara müraciətində bildirir.

Bununla belə Simonyanın bəyanatında həlak olanlar barədə konkret məlumat verilmir.

Atışma davam edir

Bundan əvvəl baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan Silahlı Qüvvələrinin 49 hərbi qulluqçusu həlak olub. O bildirmişdi ki, dinc əhali arasında üç nəfər yaralanıb.

Azərbaycan Baş Prokurorlugu və Müdafiə Nazirliyi isə son hadisələr zamanı onlardan da iki mülki şəxsin Ermənistan Silahlı Qüvvələrini açdığı atəş nəticəsində xəsarət aldığını bildirir.

Simonyan bildirir ki, Azəbaycan tərəfi Zod, Vardenis, Gorus, Qafan, Artaniş, İşxanasar, Cermuk və ətraf yaşayış məntəqələrindəki Ermənistan mövqelərini dronlardan və minaatanlardan atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 14-ü günorta saatlarında Kəlbəcər istiqamətində mövqelərinin artilleriya atəşinə tutulduğunu açıqlayıb.

İttihamlar

Ermənistan parlamentinin spikeri iddia edib ki, Azərbaycan bilərəkdən mülki infrastruktur obyektlərini hədəfləyir. Onun sözlərinə görə, “son günlər Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu hərbi təxribat üçün israrlı bir şəkildə informasiya bazası hazırlayıb, Ermənistan tərəfinin iddia olunan atəşi barədə gündəlik qaydada yalan informasiyalar yayıb”.

Azərbaycan tərəfi rəsmi bəyanatlarında onun silahlı qüvvələrinin mülki infrastrukturu və ya dinc əhalini hədəfləmədiyini bildirir və Yerevanı yalan informasiyalar yaymaqda ittiham edir.

Simonyan beynəlxalq icmanı Azərbaycan tərəfinin hücumlarına son qoyulması üçün kömək etməyə çağırıb:

“Aşkardır ki, Azərbaycanın belə açıq və qanunsuz hərəkətləri həm də beynəlxalq icmanın susmasına görə mümkün olub”.

Azərbaycan sentyabrın 13-nə keçən gecə baş vermiş toqquşmalara Ermənistanın irimiqyaslı provokasiyasını səbəb göstərir. Müdafiə Nazirliyi toqquşmalarda 50 hərbçinin öldürüldüyünü açıqlayıb.

XS
SM
MD
LG