Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:39

Əli Həsənov manatdan danışdı


Əli Həsənov
Əli Həsənov

►"Manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi".

Bunu dekabrın 21-də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov manatın üzən məzənnəyə keçməsi ilə bağlı APA-nın sualına cavab verərkən deyib.

“Neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. Əksər ölkələr - dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərədək bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Ən yaxın ticarət tərəfdaşlarımız Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları da çoxdan sərbəst buraxılmışdı ki, bu da onlarla iqtisadi və ticarət əlaqələrində problemlər yaradırdı. Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək kursuna görə, getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə, manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi”-deyə o vurğulayıb.

Buna da bax: Günel Mövlud. Niyə hamı sevinir?

Əli Həsənov deyib ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması faktorunu nəzərə almaya bilməz:

“Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Amma bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi”-deyə o bildirib.

Qeyd edək ki, Mərkəzi Bank dekabrın 21-də üzən məzənnəyə keçdikdən sonra manatın kursu ABŞ dolları və Avroya nisbətdə kəskin düşüb.

Qərardan sonra 1 dollar 1,55 manata qalxıb.

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

"Binə"də ayaqqabı mağazaları bağlandı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG