Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:11

Jurnalistə qarşı 100 minlik iddia üzrə məhkəmə başlandı- [Video]


Qulu Məhərrəmli məhkəmənin gedişi haqda
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Qulu Məhərrəmli məhkəmənin gedişi haqda

►"Tənqidi top-tüfənglə qarşılamaq olmaz"

AzTV-nin sədri Arif Alışanov uzun illər bu telekanalda çalışmış telejurnalist Qulu Məhərrəmliyə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb.

Bunlardan birində AzTV sədri keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.

Aprelin 7-də Nəsimi Rayon Məhkəməsində 100 min manatlıq iddia üzrə proses başlayıb. İşə baxan hakim Etibar Hümbətov jurnalistləri məhkəmə prosesinə buraxmayıb.

Məhkəmədə Qulu Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov vəsatət verib. Müdafiəçi xüsusi ittiham qaydasında qaldırılmış digər iddiaya Yasamal Rayon Məhkəməsində baxılana qədər bu prosesin təxirə salınmasını istəyib.

Arif Alışanov özü məhkəmədə iştirak etməyib. Hakim onun nümayəndəsindən sübutların - Qulu Məhərrəmlinin müsahibəsinin dərc edildiyi "Azadlıq" qəzetinin nüsxəsinin məhkəməyə təqdim olunmasını istəyib.

Qulu Məhərrəmlinin nümayəndəsinin vəsatəti nəzərə alınıb və məhkəmə prosesi aprelin 25-nə qədər təxirə salınıb.

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

“Vaxt tapıb müsahibəni oxusunlar”

Qulu Məhərrəmli məhkəmədən sonra AzadlıqRadiosuna bildirib ki, bir müsahibəyə görə iki iddia qaldırmaq anlaşılmazdır. Telejurnalist deyir ki, onun müsahibəsində təhqir və böhtan xarakterli fikirlər yoxdur:

"İddiaların hər ikisi əsassızdır. Bu məsələləri Azərbaycanın peşəkar hüquqşünasları ilə müzakirə eləmişik, burada heç bir təhqiramiz ifadə yoxdur. O müsahibədə qiymətləndirici ifadələr və vəzifə tutan şəxsin ünvanına deyilən tənqidlər var. Yəni şərəf və ləyaqətin təhqiri, böhtan olduğunu demək uydurmadır. Məhkəmədə də dedim ki, iddiaçı, onu müdafiə edən adamlar vaxtdan istifadə edib həmin müsahibəni diqqətlə oxusunlar. Orada televiziya tarixinə baxış, indiki proseslərin təhlili və nöqsanlarla bağlı tənqid var. Tənqidi bu cür top-tüfənglə qarşılamaq olmaz. Bu cür məhkəmə iddiaları Azərbaycanda söz, mətbuat, ifadə azadlığına qarşıdır".

Qulu Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi, "moderator.az" saytı və "Azadlıq" qəzetində dərc olunan müsahibədən sonra AzTV sədri Arif Alışanovla mübahisələri yaranıb. Həmin müsahibədə səslənən fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən Alışanov məhkəməyə müraciət edib.

Buna da bax: Ermənistan tərəfi atəşkəsdən sonra

Ermənistan tərəfi atəşkəsdən sonra
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

XS
SM
MD
LG