Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:36

Amnesty Bərdəyə qadağan olunmuş bombaların atıldığını təsdiqləyir


Bərdəyə atılan raketin fraqmenti
Bərdəyə atılan raketin fraqmenti

Amnesty International beynəlxalq insan haqları təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasset bombalı raketin atdığını rəsmən təsdiqləyib.

Təşkilatın bəyanatında deyilir ki, oktyabrın 28-də yerli vaxtla təxminən 13:30-da Bərdə şəhəri bir və ya bir neçə Smerç raketi ilə vurulub.

Raket şəhərin yaşayış olan hissəsinə, xəstəxananın yaxınlığına düşüb.

Azərbaycan Baş Prokurorluğu bu raket zərbəsi nəticəsində 21 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandlığını xəbər verib.

Amnesty International təşkilatının Böhranlara Reaksiya ekspertləri Vice News müxbirlərinin çəkdikləri fotoşəkillər əsasında Bərdəyə atılan Rusiya istehsalı 9M55 Smerç raketindən saçılan 9N235 kasset bombacıqlarının fraqmentlərini təsdiqləyiblər.

Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers bu barədə deyib:

“Kasset bombalarının yaşayış ərazilərinə atılması qəddar və məsuliyyətsiz hərəkətdir və bu, insanlara ağlasığımaz ölüm, xəsarət və iztirab gətirir”.

Diplomatik nümayəndələr Bərdədə olublar
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

"Bütün tərəflər istifadə edir"

Lakin xanım Struthers əlavə edir ki, bu münaqişənin eskalasiya etdiyi bir vaxtda Ermənistan, Ermənistanın dəstəklədiyi qüvvələr, habelə Azərbaycan qüvvələri qadağan olunmuş silahlardan dinc əhaiyə qarşı istifadə ediblər.

Amnesty nümayəndəsi bildirir ki, kasset bombalarından bütün hallarda istifadə beynəlxalq qanunlarla qadağandır.

Marie Struthers tərəfləri kasset bombalarından istifadəni dayandırmağa çağırıb.

Amnesty International iddia edir ki, Azərbaycan qüvvələri oktyabrın 5-də Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndinə M095 DPICM tipli kasset bombaları atıb.

Bəyanatda bu da qeyd olunur ki, dünyanın 100-dən çox ölkəsi kasset bombalarından istifadəni qadağan edən müqavilənin tərəfidir.

Amnesty Azərbaycan və Ermənistanı da bu müqaviləyə qoşulmağa çağırır.

Azərbaycan rəhbərliyi Azərbaycan silahlı qüvvələrinin yalnız hərbi hədəfləri vurduğunu bildirir.

XS
SM
MD
LG