Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:26

Bir kabinədə iki seçici...


Astara rayonunda prezident seçkisi ilə bağlı İranla sərhəd zonasında yerləşən Məscidməhəllə kəndində oluruq. Kənd sakini Xani Rufullayevlə söhbət edirik. O, səs verdikdən sonra evinə qayıdırdı. X.Rufullayev deyir ki, səsvermə qaydasında gedir: «Səsvermə öz qaydası ilə gedir. Səs veririk, çıxıb gedirik...».

Həmin kəndin başqa bir sakini isə deyir ki, adamlar həqiqəti deməkdən qorxurlar: «Kimdən soruşsan, belə cavab alacaqsan».

Kəndin əsas yolunda tək-tük adamlar gözə dəyir.

Bu kənddə 77 saylı Astara Seçki Dairəsinin 18 saylı məntəqəsi yerləşir. Müşahidəçilər və nümayəndələrdən ötrü qoyulan stolların bəziləri boş idi. Seçki məntəqəsindən bildirdilər ki, 13 nəfər müşahidəçi və nümayəndə qeydiyyatdan keçib. Amma bəzilər hələ ( səhər saatlarında-R) gəlməyiblər.

Komissiya üzvünün seçiciyə yardımı...

Həmin dairədəki 19 saylı Qapçıməhəllə kənd seçki məntəqəsi dar bir otaqda yerləşir.

Seçki komissiyasının üzvü seçicilərə bülletenin doldurulmasında köməklik edirdi
Seçki komissiyasının üzvü seçicilərə bülletenin doldurulmasında köməklik edirdi

Seçki komissiyasının üzvü seçicilərə bülletenin doldurulmasında köməklik edirdi. O, seçici ilə səsvermə kabinəsınə daxil olmaq istəyirdi. Çəkiliş etdiyimizi gördükdə komissiyanın sədri ona öz yerinə qayıtmaq göstərişi verdi. Orada da müşahidəçilər yox idi.

24 saylı Alaşa kənd seçki məntəqəsi də bir otaqda yerləşir. Orada müşahidəçiləri soruşanda dedilər ki, eşiyə çıxıblar. Məntəqənin qarşısında isə iki nəfərin olduğunu gördük. Kənd sakinlərindən biri seçicilərin evlərindən istəmədən çıxarıldığını iddia edirdi.

Komissiya sədri şikayət olmadığını deyir

77 saylı Astara Seçki Dairəsinin sədri Hikmət Əkbərov isə pozuntularla bağlı onlara heç bir şikayətin daxil olmadığını deyir: «Aktivlik yüksəkdir.19 məntəqədə kamera var, izləyirik, aktivlik yüksəkdir. Heç bir seçki məntəqəsindən qanun pozuntuları ilə bağlı məlumat daxil olmayıb».

Məntəqənin qarşısında iki nəfərin olduğunu gördük
Məntəqənin qarşısında iki nəfərin olduğunu gördük

76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 24 saylı Çayoba kənd seçki məntəqəsinə də baş çəkirik. Məntəqədə komissiyanın bəzi üzvləri yerlərində deyildi. Komissiya sədrinin dediyinə görə, onlar yaxındadırlar: «Bir azdan gələcəklər».

Lənkəran rayonunda başqa seçki məntəqələrinə də baş çəkirik. Həmin seçki məntəqələrində də bir elə qələbəlik yaşanmır.

73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin 19 saylı seçki məntəqəsinin önündə şəkil çəkərkən bir nəfər mülkigeyimli şəxs bizə yaxınlaşıb deyir: «Burda şəkil çəkmək olmaz. Bunun üçün məntəqə seçki komissiyasının sədri icazə verməlidir».

Sədr isə məntəqənin daxilində çəkiliş etməyə mane olur. Komissiyadan bildirdilər ki, çəkilişi yalnız məntəqədən kənarda etmək olar. Biz orda olarkən hərbiçilərlə dolu üç maşın gördük. Onların da səsverməyə gəldiyi bildirilirdi.

73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin rəsmilərindən isə baş verənlərə münasibət ala bilmədik. Dairə Seçki Komissiyası ilə dəfələrlə əlaqə saxlasaq da, oradan suallarımıza cavab verilmədi.

XS
SM
MD
LG