Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:52

Avropa peyki Rusiya kanalının efirini dayandırdı


Rusiya prezidenti Vladimir Putin (solda) RT-nin baş redaktoru Marqarita Simonyanı Aleksandr Nevski ordeni ilə təltif edərkən
Rusiya prezidenti Vladimir Putin (solda) RT-nin baş redaktoru Marqarita Simonyanı Aleksandr Nevski ordeni ilə təltif edərkən

Avropanın peyk operatorlarından biri Rusiyanın RT dövlət media şirkətinin almanca yayınlarını efirdən çıxarıb.

Buna səbəb iki ölkə arasında davam edən media çəkişməsində Almaniya tənzimləyicilərinin RT-nin yayın üçün müvafiq lisenziyasının olmadığını bildirməsi olub.

Eutelsat dekabrın 22-də bildirib ki, RT DE-nin yayınlarını Almaniya tənzimləyicilərinin göstərişi ilə dayandırıb.

Almaniyada mediaya nəzarət edən MABB peykin əməliyyatçısına bildirib ki, RT lisenziya alınması üçün müraciət etməyib və onun Almaniyadan alınmış belə bir yayın icazəsi yoxdur.

Ötən həftə YouTube Rusiya yayınçısının yeni RT DE kanalını bloklamışdı.

ABŞ-ın videoplatforması olan YouTube üç ay əvvəl RT-ni COVID-19 barəsində dezinformasiya yaymaqda ittiham edərək onun daha iki almandilli kanalını silmişdi.

Serbiya lisenziyasının etibarlı olmadığı bildirilir

RT iddia edir ki, ona Serbiyada peyk yayını üçün verilmiş lisenziya Avropa Şurasının mövcud qaydalarına görə Almaniyaya da yayın hüququ verir.

RT-nin bəyantında deyilir:

"Biz Almaniya tənzimləyicisinin hərəkətlərini qanunsuz hesab edirik və əminik ki, bu qərara məhkəmə qaydasında yenidən baxılacaq”.

MABB isə israr edir ki, Serbiya lisenziyası bu məsələdə kafi deyil, çünki RT DE almanca yayın aparır və Almaniya auditoriyasını hədəfləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya tənzimləyicisinin addımını “qeyri-məqbul” adlandırıb və cavab tədbirinin görüləcəyini istisna etmədiyini bildirib.

Berlin və Moskva arasında mübahisə

Yayınlarına 2005-ci ildən başlamış dövlət Russia Today (RT) efirini ingislidilli, fransızdilli, ispandilli və ərəbdilli proqramlarla xeyli genişləndirib.

Bu kanalın yayınları keçmiş sovet respublikaları Litva və Latviya da daxil olmaqla bir neçə ölkədə qadağan olunub.

ABŞ-da kanaldan “xarici agent” kimi qeydiyyatdan keçməsi tələb olunub, Britaniya isə ona verilmiş lisenziyanı ləğv etməklə hədələyib.

Almaniya və Rusiya arasında media mübahisəsi iki ölkə arasında Berlin məhkəməsi Rusiya vətəndaşını Almaniya torpağında Moskvanın əmrilə qətl törətdiyinə görə məhkum etdikdən sonra gərgin olan münasibətləri daha da tarıma çəkib.

Bu məhkəmə qərarının ardınca Berlin iki Rusiya diplomatını ölkədən qovub.

Almaniya da Rusiyanın Ukrayna sərhədinə qoşun yığması ilə bağlı həyəcan qadırmış ölkələrin cərgəsinə qoşulub.

XS
SM
MD
LG