Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:36

Rusiya diplomatının meyiti Belindəki səfirliyin yanında tapılıb


Rusiyanın Berlindəki səfirliyini
Rusiyanın Berlindəki səfirliyini

Rusiya səfirliyi diplomatın “bədbəxt hadisə” nəticəsində öldüyünü bildirib

Oktaybrın 19-da polis Rusiyanın Berlindəki səfirliyinin pəncərələri altında 35 yaşlı Rusiya diplomatının meyitini tapıb.

Bu barədə xəbəri Der Spiegel verib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının həlak olmasını təsdiq edib.

Sözçü əlavə edib ki, o şəxsi sirlərin qorunması mülahizəsi ilə heç bir təfərrüat verə bilmir.

Rusiya səfirliyi diplomatın “bədbəxt hadisə” nəticəsində öldüyünü bildirib.

Səfirlik Der Spiegel məcmuəsinin sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə “etik mülahizələrə” görə əlavə şərh verilmir.

Bu da xəbər verilir ki, Rusiya mərhumun diplomatik statusundan çıxış edərək meyitin Almaniya hakimiyyət orqanları tərəfindən yarılmasına icazə verməyib.

Sözü gedən diplomatın səfirlikdə ikinci katib vəzifəsində çalışdığı bildirilir.

General oğlu

Der Spigiel Almaniya kəşfiyyatına istinadən yazır ki, onun əslində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olduğuna və yüksək vəzifəli FTX generalına bağlılığına dair şübhələr var.

The Insider və Bellingcat açıq mənbələrə əsasən müəyyənləşdiriblər ki, həlak olan Kirill Jalo FTX konstitusiyanın mühafizəsi idarəsinin rəisi, general-leytenant Aleksey Jalonun oğludur.

Təhqiqat jurnalistləri avtomobillərin qeydiyyatı saytından öyrəniblər ki, Kirill Alekseyeviç Jalo Moskvada, daha əvvəl isə Rostovda atası ilə eyni ünvanda qeydiyyatda olub.

Kirill Rusiya Müdafiə Nazirliyinin Vyanadakı daimi nümayəndəliyində üçücü katib işləyirmiş, amma 2019-cu ilin 19 iyununda Berlinə keçirilib.

Xanqoşvilinin qətli

Təhqiqatçılar diqqəti belə bir məqama çəkirlər ki, onun iş yerinin dəyişməsi Zelimxan Xanqoşvilinin qətlindən iki ay əvvəl baş verib.

Bellingcat təhqiqat qrupunun üzvü Xristo Qrozev yazır:

"Əlbəttə bu, təsadüf də ola bilər. Amma qeyd etmək lazımdır ki, Almaniya hakimiyyət orqanları Xanqoşvilinin qatilinə yerində dəstək verildiyinə inanırlar”.

Current Time saytı yazır ki, Pankisi dərəsinin sakini olan Xanqoşvili rus-çeçen müharibəsinin iştirakçısı olmuşdu və Gürcüstan DİN-in antiterror departamentinin keçmiş əməkdaşı idi.

O 2019-cu il, avqustun 23-də Berlində qətlə yetirilib.

The Insider və Bellingcat qatilin əsl kimliyini müəyyənləşdirdiklərini iddia edirlər. Onun əsl adının Vadim Nikolayeviç Krasilov olduğu və Avropaya səfərdən əvvəl FTX-nin “Vımpel” bazasında təlim keçdiyi düşünülür.

Təhqiqatçılar əmindirlər ki, Xanqoşvilinin qətlinə ən azı FTX rəhbərliyi səviyyəsində sanksiya verilib.

Almaniya prokurorluğunun ittiham sənədlərində də bu iddia yer alıb.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin dekabrında Xanqoşvilini “qanlı quldur” adlandırmış və onun Moskva metrosunda törədilmiş partlayışın "təşkilatçısı” olduğunu iddia etmişdi.

Almaniya prokurorluğu 2020-ci ilin iyununda Vadim S (o həm də Vadim K kimi tanınır) adlı şəxsi Xanqoşvilinin qətlində ittiham edib.

XS
SM
MD
LG