Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:50

Almaniya prokurorları Rusiya hökumətini ‘Berlin qətlində’ ittiham edirlər


Almaniyanın Tbilisidəki səfirliyinin qarşısına toplaşanlar Zelimkhan Khangoshvili-nin qətlinin araşdırılmasını tələb edirlər
Almaniyanın Tbilisidəki səfirliyinin qarşısına toplaşanlar Zelimkhan Khangoshvili-nin qətlinin araşdırılmasını tələb edirlər

Almaniya prokurorları bir Rusiya vətəndaşını, Rusiya hökumətinin əmri ilə ötən il bir Gürcüstan vətəndaşını Berlində qətlə yetirməkdə ittiham ediblər.

Ötən avqustun 23-də, günün-günorta çağında Almaniya paytaxtında baş vermiş bu qətl Moskva və Berlin arasında münasibətləri tarıma çəkib.

Həmin ilin dekabrında Almaniya istintaqa kömək etmədiklərinə görə Rusiyanın Berlindəki iki diplomatını ölkədən qovub.

İyunun 18-də verilmiş bəyanatda federal prokurorların, Vadim K. və Vadim S. adlandırılan Rusiya vətəndaşına qarşı qətl və silah qanunlarının pozulması ilə bağlı rəsmi ittiham irəli sürdükləri deyilir.

Prokurorlar bildirirlər ki, ötən il, hardasa iyulun ortalarında “Rusiya Federasiyası mərkəzi hökumətinin dövlət agentlikləri ona şərti olaraq Tornike K. adlandırılan qurbanın “aradan götürülməsini” tapşırıblar.

Media xəbərlərində Tornike K-nin milliyyətcə çeçen Gürcüstan vətənadaşı Zelimkhan Khangoshvili olduğu bildirilir. Khangoshvili bir vaxtlar Çeçenistanda Rusiya ordusuna qarşı döyüşüb.

Bellingcat qrupunun dərc etdiyi fotolardakı şəxsin "Vadim Sokolov" olduğu iddia edilirdi
Bellingcat qrupunun dərc etdiyi fotolardakı şəxsin "Vadim Sokolov" olduğu iddia edilirdi

Almaniyanın xarici işlər naziri Heiko Maas iyunun 18-də Avstriyaya səfərdə ikən müxbirlərə deyib:

“Biz bugün bir daha Rusiyanın Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etmiş və birmənalı şəkildə öz mövqeyimizi bildirmişik. Almaniya hökuməti bu iş üzrə növbəti tədbirləri görmək haqqına malikdir”.

Almaniya hökumətinin sözçüsü Reuters-ə bildirib ki, rəsmi Berlin, prokurorların bu qətlin Rusiya hakimiyyət orqanları tərəfindən əmr edildiyi barədə bəyanatına çox ciddi baxır.

Rusiya səfiri də Berlini hədələyir

Rusiyanın Almaniyadakı səfiri Sergei Nechayev sözü gedən ittihamları “əsassız” adlandırıb:

"Berlinin mümkün sonrakı tədbirlərə dair hədəsinə gəlincə isə, əgər bu tədbirlər reallaşdırılsa, cavabsız qoyulmayacaqdır”.

40 yaşlı Khangoshvili qətlə yeturilənədək ölümlə bir neçə dəfə üz-üzə gəlmişdi.

2015-ci ildə onun həyatına Tbilisidə qəsd edilmiş vəo qolundan yaralanmışdı.

Bunun ardınca ona Ukraynada vurulacağını bildirmişdilər və o həmin vaxtdan gizlənmiş, 2016-cı ilin sonlarında Berlində üzə çıxmışdı.

Nəhayət 2019-cu il avqustun 23-də Berlinin Kleiner Tiergarten parkında ona bir nəfər yaxınlaşmış və başına bir neçə dəfə atəş açaraq onu yerindəcə qətlə yetirmişdi.

Az sonra, bəzi xəbərlərə görə saxta yol sənədləri ilə səfər edən bir Rusiya vətəndaşı şübhəli kimi həbs olunmuşdu.

Kremlin xaricdəki opponentləri

Bunun ardınca Almaniya müstəntiqləri işin “xarici kəşfiyyatla” bağlı olduğuna dair sübutlar tapdıqdan sonra, istintaqa köməkdən imtina edən iki Rusiya diplomatı ölkədən qovulmuşdu.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin heç bir sübut göstərmədən Khanqoshvili-ni Rusiya üzərinə bir neçə terror hücumu etmiş “qatil döyüşçü” adlandırmışdı.

Khangoshvili-nin bir çox tanışları bu qətli onun 2000-ci illərdə Rusiyaya qarşı döyüşən çeçen komandan olması ilə əlaqələndirirlər. Bəziləri hətta Almaniya hökumətini Khangoshvili-yə sığınacaq verməməkdə ittiham edirlər.

Açıq mənbələrlə işləyən Bellingat təhqiqat qrupu bu qətlin Rusiyanın Federal Təhqiqat Xidməti tərəfindən planlaşdırıldığını və təşkil edildiyini iddia edib.

Bellingcat bunu da aşkar etdiyini bildirirdi ki, Khangoshvili-nin qətlinə birbaşa Eduard Bendersky adlı FTX zabiti rəhbərlik edib. O Vımpel xeyriyyə fondunun sədridir. Bu fond FTX-nin xüsusi təyinatlı qüvvələrinin keçmiş üzvlərinə xidmət göstərir.

Rusiya bundan əvvəl də, 2018-ci ildə keçmiş casus Sergei Skripal və onun qızının İngiltərədə zəhərlənməsi də daxil Kremlin xaricdəki opponentlərini hədəfləməkdə ittiham olunmuşdu.

XS
SM
MD
LG