Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 22:45

Azərbaycan cinsi azlıqların ən az azad olduğu ölkə elan edilib


İllüstrasiya
İllüstrasiya

Azərbaycan, Türkiyə və Ermənistan Avropada lesbian, gey, biseksual və transgenderlər (LGBT) üçün ən çox məhdudlaşdırıcı qanunlara malik ölkələrdir.

Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) özünün 100 ballıq şkalasında LGBT icmasına bərabər hüquqların verilməsi sahəsində bu ölkələri ən aşağı ballarla qiymətləndirib.

Azərbaycan 3 balı 69 kateqoriyadan yalnız məşğulluq və nikah bərabərliyi sahəsini əhatə edən kateqoriyalardan alıb.

Türkiyə və Ermənistana müvafiq olaraq 5 və 7 bal verilib.

Bu ölkələrin nəticələrini ötənilki nəticələrlə müqayisə etmək mümkün deyil, beləki IGLA-Europe bu il qiymətləndirmə kateqoriyalarının sayını artırıb. Yeni kateqoriyalar daha çox vətəndaş cəmiyyəti və sığınacaq sahələrinə aid siyasət və qanunları əhatə edir.

LGBT hüquqlarına görə ən yüksək yerləri Malta, Lüksemburq və Finlandiya tutublar. Fransa və Britaniyanın da göstəriciləri Finlandiyada olduğu kimidir.

Amma ümumilikdə Britaniya, Fransa və Almaniyanın builki balları keçən illə müqayisədə azalıb.

Qiymətləndirmə Avropanın 49 ölkəsində aparılıb.

XS
SM
MD
LG