Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:05

544 yeni yoluxma aşkarlanıb, 8 ölüm


Bakıda jarantin yoxlanışı
Bakıda jarantin yoxlanışı

Son gündə Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyunun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumatda həmçinin qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahın habelə açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.O vaxtdan bəri Azərbaycanda bu virusa yoluxanlardan gündəlik ölüm halı heç vaxt 8 nəfərə çatmayıb.

Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 304 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 505 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG