Sülhəddin Əkbər "Lavrov planından danışır
Sülhəddin Əkbər Azadlıq Radiosuna deyir ki, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın «Lavrov planı» mövcuddur: «Rusiya sülhməramlı qüvvə adı ilə öz qoşunlarını Cənubi Qafqaza yerləşdirmək istəyir. Amma Azərbaycan buna razılıq verməyib. Buna görə də, Ermənistan üzərindən Azərbaycanla zor dili ilə danışır. Yəni, burada məsələ təkcə Qarabağ məsələsi deyil. Söhbət Rusiyanın təsirini itirməməsindən gedir. Bunun qarşısında isə Azərbaycanın təkbaşına duruş gətirməsi mümkün deyil. Odur ki, təkrar edirəm, seçim vaxtıdır .Bu nə qədər tez və doğru olsa, o qədər yaxşıdır».
Döyüşlər davam edir
Azərbaycanın ikigünlük döyüşlərdən sonra atəşkəs elan etməsinə baxmayaraq Dağlıq Qarabağda atışma bazar günü-aprelin 3-ü davam edib (video)
Cəbhə ilə yanaşı yaşayanlar (video)
Erməni tərəfi ölən 7 hərbçinin adını açıqlayır
Ermənistanın müdafiə nazirliyi cəbhədə ölən 7 hərbçinin adını açıqlayıb. Onlardan biri sıravidir- 53 yaşı var. İkisi pulemyotçudur. Ən yüksək rütbəlisi kapitandır.