Sarkisian hədə-qorxu gəlir
Serj Sarkisian ATƏT ölkələrinin səfirləri ilə görüşdə deyib ki, irimiqyaslı hərbi əməliyatlar olsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.
Lavrov Minsk qrupunun dəyişdirilə bilməyəcəyini deyir
"Minsk qrupunun formatını dəyişmək məqsədəuyğun deyil". Bunu Rusiyanın xarici işlər nari Sergey Lavrov deyib. (RİA Novosti)
50 nəfər Yerevandan sığınacaq istəyib
BMT-nin Humanitar Məsələlərin Koordinasıyası İdarəsinin aprelin 3-nə olan məlumatına görə, erməni tərəfdən "50 nəfər Yerevandan sığınacaq istəyib", "Azərbaycan tərəfdə isə "daxili yerdəyişmə olmayıb"". Bu xəbəri AzadlıqRadiosunun Erməni xidməti yayıb.
"Ermənistan kompromisə hazırdır"
Rusiyanın RİA Novosti Agentliyi bir cümləlik xəbər yayıb: "Ermənistan prezidenti Serj Sarkisyanın deyir ki, Ermənistan Dağlıq Qarabağ məsələsində kompromissə hazırdır"
Lenta.ru isə Sarkisiyanın başqa sözlərini sitat gətirir. Prezidentin mətbuat xidmətinin məlumatına görə, Sarkisyan ATƏT ölkələrinin səfirləri ilə görüşdə deyib ki, "döyüşlər qızışsa, əvvəlcədən bilinməyən və geri döndərilə bilməyən nəticələrə, o cümlədən irimiqyaslı müharibəyə gətirə bilər"