Messi araşdırmaçı jurnalistləri məhkəməyə verir
Aprelin 3-də İCİJ - Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu dünya liderlərinin ofşor şirkətləri haqda geniş məlumat yadı. Ofşor şirkəti yaradıb vergidən yayınanlar arasında Messinin də adı var. Deyilir ki, o, 4,1 milyon avronu vergidən yayındırmaq üçün Panamada Mega Star Enterprises şirkəti yaradıb.
İndi Barceloanın hücumçusu Messi İCİJ -i və bu haqda yazan Almaniya qəzeti Suddeutsche Zeitungu məhkəməyə verir.
Həmin 4 milyonluq vergidən yayınma ilə bağlı Messinin və onun maliyyə işlərinə baxan atası Jorje Messinin işi məhkəmədədir. Keçən il prokuror 22 ay həbs tələb etmişdi.
Müdafiə nazirliyinin məlumatı
"Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.
Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.
Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri həlak olub. "
Dmitri Nagiev səhifəsinə Azərbaycanın bayrağını qoydu
Rusiyanın məşhur teleaparıcısı Dmitri Nagiev öz Facebook səhifəsinə Azərbaycanın bayrağını qoyub və soruşur ki, necədir? Təəsüratınız nədir?
Xatırldaq ki, Nagiev milliyətcə azərbaycanlıdır, ancaq ata-anasını görməyib, uşaq evində böyüyüb.
Keçmiş hərbçi İsa Sadıxov inanmır
Norveçdə mühacir həyatı yaşayan Azərbaycanın müdafiə nazirinin keçmiş müavini İsa Sadıxov AzadlıqLive-a deyir ki, son günlər Dağlıq Qarabağdakı döyüşləri diqqətlə və həyəcanla izləyir. O əmindir ki, Azərbaycan xalqı Qarabağ problemini hər vasitə ilə, o cümlədən hərbi yolla həll etməyə qadirdir, ancaq təkcə xalqla iş bitmir, siyasi rəhbərlik var, ordu rəhbərliyi var, kənar amillər var. O hesab edir ki, baş vernlərin səsbəbini Rusiyada axtyarmaq lazımdır. Azərbaycan ordusu axıracan getməyəcək.