Atəşkəs Rusiyanın vasitəçiliyi ilə olub
Ermənistanın diplomatik mənbələri İnterfaks agentliyinə deyiblər ki, Dağlıq Qarabağda atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunub.
Ofşor şirkətlər qalmaqalı
Minlərlə islandiyalı Reykyavikin mərkəzinə toplaşaraq baş nazir Sigmundur Gunnlaugssonun istefasını tələb ediblər.
Söhbət Panamadakı ofşor şirkətlər qalmaqalından gedir.
Hesabatda onun həmin ofşor şirkətdə deklarasiya edilməmiş payı olduğu bildirilir.
Əsgərlərə dəstək kampaniyası
Aprelin 5-də Bakıda cəbhədəki əsgərlərə yardım kampaniyası keçirilib. Onlar üçün ərzaq, siqaret, corab toplanıb. Eyni zamanda, Bakıda və Zaqatalada əsgərlərə dəstək aksiyaları keçirilib. Aprelin ikisindən bəri Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik yaşanır.
Atəşkəs
Qarabağda bu gün saat 12:00-dan atəşkəs əldə olunub. Razılaşma döyüşlər gedən iki tərəf arasında əldə olunub.