Prezident ailəsinin sərvəti
“The Guardian” yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib
Bu günki AzadlıqLive-da:
Qarabağda atəşkəs. Politoloq Zərdüşt Əlizadə Azadlıq Radiosunun Facebook səhifəsində şərh edir
Cəbhə bölgəsində yaşayanlara dəyən ziyan ödənəcəkmi?
Bakıda suvenir pul kəsən pulsuzluqdan şikayətlənir
İndiki döyüşlərdə mal-qarası qırılanlara kompensasiya olacaqmı?
“Kəndə düşən mərmilərdən mal-qara arasında tələfat var, evlərə zərər dəyib, amma indi kimsə bunun hayında deyil. Hamı cəbhədən qələbə xəbərlərini gözləyir”.
Bunu Ağdamin Zəngişalı kəndinin sakini Nərgiz İmanova deyir. Ətraflı axaşam saat 8-də AzadlıqLive-da Radioda
BP 20 milyard dollar cərimə olundu
ABŞ federal məhkəməsi British Petrolium şirkətinin ABŞ hökuməti də daxil, 5 körfəz ölkəsinə 20 milyard dollar cərimə ödəməsi razılaşmasını təsdiq edib.
Razılaşma keçən ilin oktyabrında əldə olunmuşdu. BP 2010-cu ildə Meksika Körfəzinə neft axıdılmasına görə cərimə olunur. ABŞ-ın Baş prokuroru Loretta Lynch-in sözlərinə görə, ABŞ tarixində hələ heç bir qurum bu qədər böyük cərimə verməyib.