Ömər Faiq Nemanzadə 1903-cü ildə yazırdı
" illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşumuzun 7-8 qəzeti, minlərcə kitabları var. Heyif ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməyəlim."
Tərtər sakini: "Laçının qurtaracağına qədər geri istəyirik"
Cəbhə bölgəsi sakinləri atəşkəs haqda
İntiharlar artır
"Azadlıq" qəzetində son illər ölkədə intiharların artmasından bəhs edilir: «Ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları artıb. 2013-cü ildə bu göstərici 415 nəfər idisə, 2015-ci ildə bu rəqəm 535-ə yüksəlib».
«İntiharlar hökuməti niyə hərəkətə gətirmir?» adlı yazıda uşaq intiharlarının da artmasına diqqət çəkilir: «2013-cü ildə 18 uşaq intihar etmişdisə, 2015-ci ildə uşaqlar arasında intihar sayı 29-a yüksəlib». Media icmalı
Lavrov: "təkliflərimiz var"
Sergey Lavrov : "Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik”.
Sergei Lavrov aprelin 6-da axşam saatlarında Bakıya gəlib. Aprelin 7-də Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir.