Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:48
xarici işlər nazirləri Moskvada görüşür
xarici işlər nazirləri Moskvada görüşür

AzadlıqLive - İlham Rəhimov: 5 rayonun qaytarılması Azərbaycan üçün tələdir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

16:26 7.4.2016

Dünya Bankı Azərbaycan üzrə proqnoz verir

Neftin qiymətinin aşağı düşməsi, inflyasiya, real gəlirlərin azalması səbəbi ilə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağı proqnozlaşdırılır. Bu barədə Dünya Bankının hesabatında bildirilir.

16:12 7.4.2016

Cəbrayıl rayonun Cocuqmərcanlı kəndinin sakinləri 23 ildən sonra doğma yurdlarında olublar.

«Report» xəbər verir ki, 23 il əvvəl həmin kəndi Ermənistan Silahlı Qüvvələri işğal ediblər. Bir il sonra kənd azad edilib. Ancaq ətraf yüksəkliklər yenə erməni silahlı qüvvələrinin nəzarətində olduğundan Cocuqmərcanlıya getmək təhlükəli olub.

Bir neçə gün əvvəl isə Lələ Təpə yüksəkliyinin geri qaytarılması səbəbindən artıq kənd sakinləri üçün doğma yurdlarına getmək təhlükəsi aradan qalxıb.
Kənd sakinləri hərbçilərin nəzarəti altında qəbiristanlığı ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

15:47 7.4.2016

Azərbaycan bayrağının qiyməti kəskin qalxır

"son hadisələrə qədər eni 50, uzunluğu 100 sm olan bayrağın qiyməti 3-4 manat arasında dəyişirdisə, hazırda qiymətlər 50 faiz qalxaraq 5-7 manatdır."

Bunu “Qafqazinfo” yazır. Mağazalarda olan müxbirlər bildfiriblər ki, "hazırda tələbat həddən artıq olduğu üçün bir çox mağazada bayrağın satılıb qurtardığının da şahidi olduq."

14:10 7.4.2016

Məmmədyarov və Lavrov optimist danışırlar

Elmar Məmmədyarov: "Masa üzərində təklif paketləri var. Bir məsələ aydındır ki, ermənilər o torpaqları dərhal tərk etməlidirlər. Təhlükəsizliyin təmin edilməsi məsələsi də nəzərdən keçirilməlidir. Nəticəyə gəlməliyik”.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə məsələnin həllinə çox yaxın olduqlarını qeyd edib:

“Münaqişənin tez həllində çox maraqlıyıq. Çünki burada tranzit infrasutrukturu, onun təhlükəsizliyi hamımızın marağındadır. Elə etmək lazımdır ki, hər gün snayperlər hər gün bir-birinin gözünün içinə baxmasınlar”. Nazirlər bunları Bakıda Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin görüşü bitəndən sonra deyiblər. ​

Davamı

XS
SM
MD
LG