Türkmənistanda sağlamlıq ayı
Türkmənistanda bu ay "sağlamlıq və xoşbəxtlik" adlı aksiya başlanıb. İnsanlar hər yeni günə idmanla başlayırlar. Aksiyanın təşəbbüskarı Türkmənistan prezidentidir.
"Nəticəsiz danışqlar olacaq, Azərbaycanın asılılığı artacaq"
Politoloq Zərdüçt Əlizadə deyir ki, danşıqlar nəticə verməyəcək, əvəzində ziyanı olacaq. "Mən əminəm ki, Rusiyanın apardığı danışıqlar hər hansı müsbət nəticə verməyəcək.Əksinə istər Azərbaycanın, istər Ermənistanın Rusiyadan asılılığı daha da artacaq”.
Politoloq Zərdüşt Əlizadə bunu Azadlıq Radiosuna açıqlamasında deyib.
Azərbaycanda 200 min şəkər xəstəsi var
7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə "Şəkərli Diabetə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən cəmiyyətin sədri Möminat Ömərova bildirib ki, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 400 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Valeh Mirzəzadə çıxışında Azərbaycanda rəsmi qeydiyyatdan keçən 200 mindən çox insanın şəkərli diabetdən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, bu rəqəm qeyri-rəsmi 400 minə yaxındır.
Ağdamda dağıntılar
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları xəbər verirlər ki, Ağdam rayonunun Sarıcalı, Zəngişalı, Evoğlu, Əfətli və digər kəndləri minaatanlardan və ağır artilleriyadan davamlı atəşə məruz qalıb. Rayonda bir məktəb, 21 ev dağıdılıb, 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.