Erməni tərəfi: kəndlilər qorxu içində
Rusiyanın Qarabağ münaqişəsində maraqları
"Ermənistan-Azərbaycan münaqişəsi Moskvaya uduş gətirmir". UPI.com saytı təhlilçi Vladimir Mikheev-in məqaləsini dərc edib. Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki maraqlarını araşdırıb.
Novoe Vremya : "danışıqlarda nəticə olmasa..."
«Novoye Vremya» qəzeti isə cəbhədə baş verənlərin səbəblərinə toxunmağa çalışıb. «Bakı və Yerevan atəşkəsə razılaşdılar» sərlövhəli məqalədə döyüşlərin başlaması səbəbi belə izah edilir: «Aprelin 2-nə keçən gecə Azərbaycanın mövqeləri və sərhədə yaxın yaşayış məntəqələri ağır silahlardan intensiv atəşə tutuldu. Döyüş xəttinə yaxın yaşayış məntəqələri də belə atəşə məruz qaldı».
Müəllif qeyd edir ki, məhz bundan sonra Azərbaycan ordusu hücuma keçərək bir neçə yüksəkliyi azad edib: «Erməni tərəfinin atəşkəsi Azərbaycanın pozmasına dair dedikləri məntiqsizdir. Çünki erməni tərəfdən fərqli olaraq, Azərbaycan ordusunun arxasında sıx şəkildə dinc əhali yaşayır».
Yazıda yenidən başlanması gözlənilən danışıqlara da toxunulur: «Nəticə etibarilə danışıqlarda irəliləyiş olmaması Cənubi Qafqazı alova bürüyəcək qığılcıma səbəb ola bilər». Mətbuat icmalı
Azərbaycan son döyüşlərdə 31 hərbçi itirib
Aprelin 2-dən 5-nə kimi cəbhədəki döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 31 hərbçi itirib.
Müdafiə Nazirliyi mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı bunu AzadlıqRadiosuna bildirib.